Yanvarın 1-dən ATƏT-ə sədrlik missiyasını ələ alan Qazaxıstan quruma sədrliyi dövründə əsas fəaliyyət prioritetlərini açıqlayıb. Modern.az-ın məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliynin açıqlamasında bildirlir. ATƏT-ə sədrliyi dövründə Qazaxıstan Ermənistan – Azərbaycan münaqişəsinin tezliklə həllinə, Əfqanıstanda sabitlik və sülhün bərqərar olmasına çalışacaq. Qazaxıstan XİN-in məlumatına görə, əsasən müsəlman ölkəsi olan Qazaxıstan qonşu Əfqanıstanda baş verən olaylara yüksək həssaslıqa yanaşır. Bu səbəbdən də Qazaxıstan Əfqanıstanda sülh və sabitliyin əldə olunmasında mühüm rol oynayacaq.
Qazaxıstan Ermənistan – Azərbaycan münaqişəsinin diplomatik həllinə üstünlük verir. Hər iki ölkə ilə yaxşı əlaqələrin mövcud olduğunu bilidirən Qazaxıstan XİN-i qeyd edir ki, Astana Qarabağ münaqişəsinin həllində tərəfsizlik nümayiş etdirəcək.
Qazaxıstan postsovet məkanında ATƏT -ə sədrlik edən ilk ölkə kimi Rusiya və Gürcüstan arasındakı problemləri çözmə potensialına sahib olduğunu da qeyd edir.