Ermənistan hakimiyyəti Amerika və Avropanın İranın neft sektoruna tətbiq etdyi sanksiyalarına məhəl qoymayıb. Modern.az “Fars” Agentliyinə istinadən bildirir ki, rəsmi İrəvan İrandan neft idxalını davam etdirəcəyini və hətta idxalın həcmini artırdığını bəyan edib.
Xəbər mənbələri İran və Ermənistanın hətta şərikli neft boru xətti tikmək istədiklərini, bu mövzunun iki ölkənin enerji nazirlərinin fevral ayındakı görüşlərində müzakirə edildiyini bildirib. Sözügedən neft boru xəttinin iki ölkənin ticarət və iqtisadi əlaqələrinin inkişafına töhfə verəcəyi də ifadə edilib. Türkiyə və Azərbaycan hökumətləri ilə ciddi siyasi problemləri olan Ermənistan üçün İran nefti “həyat suyu”na çevrilib.