Modern.az

İctimai Palata Hacıbala Abutalıbovu görüşə dəvət edib

İctimai Palata Hacıbala Abutalıbovu görüşə dəvət edib

Təhsil

2 May 2012, 13:20

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Aslanlının Modern.az-a verdiyi məlumata görə, təşkilatın 6 may mitinqi ilə bağlı yaratdığı xüsusi komissiya danışıqlar aparmaq üçün dünən Bakı Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərib. G.Aslanlının sözlərinə görə, mitinqlə bağlı danışıqlar aparmaq üçün nəzərdə tutulan məktuba hələki cavab verilməyib.

“Komissiya tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə dünən məktub təqdim olunub ki, onları qəbul eləsinlər, mitinqlərlə bağlı müəyyən müzakirələr aparsınlar. Hələlik onu deyə bilərəm ki, bu müraciətlə bağlı cavab verilməyib”-deyə G.Aslanlı vurğulayıb.

Qeyd edək ki, İctimai Palata tərəfindən 6 may mitinqinə yer ayrılması məqsədilə danışıqlar aparmaq üçün Mehriban Vəzir, Vidadi Mirkamal və Qələndər Muxtarlıdan ibarət komissiya yaradılıb.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü