Modern.az

Milli Məclisdə “Parta yoldaşları” - Aqiyə Naxçıvanlı və Gülçöhrə Məmmədova

Milli Məclisdə “Parta yoldaşları” - Aqiyə Naxçıvanlı və Gülçöhrə Məmmədova

Parlament

2 May 2012, 15:16


Modern.az
saytı Milli Məclisin iclas zalında yanaşı əyləşən deputatların “parta yoldaşlığı” ilə bağlı silsilə yazılarını davam etdirir. Bu dəfəki təqdimat Milli Məclisdə yanaşı əyləyən zərif cinsin nümayəndələri Aqiyə Naxçıvanlı və Gülçöhrə Məmmədovadır.

Beləliklə, bu iki deputat necə olub ki, parlamentdə yanaşı oturublar?

Qeyd edək ki, onların hər ikisi həm də ali məktəb rektorlarıdır. Aqiyə xanım Azərbaycan Müəllimlər İnstitunun, Gülçöhrə xanım isə Memarlıq və İnşaat Universitetinin rektorudur.

Sualımızı ilk olaraq Aqiyə Naxçıvanlıya ünvanladıq. O, bu yoldaşlığı özünün seçmədiyini dedi:
“İnstitutda oxuduğum tələbə yoldaşlarımdan bəziləri indi də mənim rəfiqəmdir. Amma bu dediyiniz tamamilə başqa bir işdir. Mənim Milli Məclisdə olan insanların hamısına hörmətim var. Çünki onları xalq seçib. Baxmayaraq ki, şəxsi münasibətlərdə onların bəzilərinin populist  çıxışları, yanaşmaları xoşuma gəlmir. Baxırsan ki, bəziləri televiziya çəkilişləri zamanı çıxış edib yoxa çıxır. Bu da heç xoşuma gəlmir. Lakin yeni seçilən qadın millət vəkilləri mənim xoşuma gəlir. Yenilər nəsə öyrənməyə can atırlar. Nəyisə bilməyəndə soruşurlar. Ümumiyyətlə Milli Məclisdə kimliyindən asılı olmayaraq, hamiya eyni dərəcədə hörmət edirəm. Onların çıxışlarına heç vaxt müdaxilə etmirəm”.  
A.Naxçıvanlının sözlərindən belə məlum oldu ki, o, ilk dəfə 2010-cu ildə Milli Məclisin iclas zalına daxil olanda G.Məmmədova ilə Milli Məclis Aparatının işçilərinin təklifi əsasında yanaşı əyləşib.  

Gülçöhrə Məmədova Milli Məclisdəki “parta yoldaşı”nın Aqiyə Naxçıvanlı olmasından məmnun qaldığını deyir.
Onun sözlərinə görə, bu yoldaşlıq təsadüfən alınmayıb. Belə ki, hər iki xanım uzun müddət bir-biri ilə qeyri-rəsmi yoldaşlıq ediblər. Buna görə də Milli Məclisdəki rəsmi “parta yoldaş”lığı da təsadüfi olmayıb. Hər iki tərəfin istəyi ilə alınan “parta yoldaşlığı” təkif əsasında irəli sürülüb. Təklifdə Aqiyə xanımla əyləşmək məsləhət görülüb. Seçim isə hər iki tərəfdən məmuniyyətlə qarşılanıb.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü