Modern.az

Arzu Səmədbəyli: “50 yaşımın tamam olduğu günün digərindən heç bir fərqi yoxdur”

Arzu Səmədbəyli: “50 yaşımın tamam olduğu günün digərindən heç bir fərqi yoxdur”

Qarabağ

10 May 2012, 12:09

Bu gün Azərbaycanın keçmiş millət vəkili, Müsavat Partiyası Ali Məclisinin sədri Arzu Səmədbəylinin doğum günüdür. 1962-ci il mayın 10-da Ermənistanın Basarkeçər rayonunda dünyaya gələn Arzu Səmədbəyli 50 illik yubileyini qeyd edir. Modern.az eks-deputatın müsahibəsini təqdim edir.

- Arzu bəy, öncə sizi doğum gününüz münasibəti ilə ürəkdən təbrik edirik. Bilmək istərdik 50 illik yibileyinizi necə qeyd edəcəksiniz?

- Ad günümü adi günlərdə olduğu kimi qeyd edəcəm. Özəl, fərqli heç nə olmayacaq. Lakin deyim ki, dünən dostlarımla bir yerdə yığışaraq 50 illik yubileyimi qeyd elədik. Bu gün də əvvəlki illərdə olduğu kimi, adi qaydada bir yerə yığışıb ad günümü qeyd edəcəyik.

- Doğum gününüzü ilk təbrik edən kim olub?

-  Bu il mənim ad günümü ilk olaraq Nüşabə xanım Sadıqlı təbrik edib. Çox sağ olsun.

- Bu gün 50 yaşınız tamam olur. Özünüzü necə hiss edirsiniz. Ovqatınız necədir?

-Şükür Allaha, hər şey qaydasındadır. Qeyd edim ki, mənim üçün ad gününün digər günlərdən heç fərqi yoxdur. Bundan öncə necə idimsə, bundan sonra da elə davam edir.

- Bilmək istərdik Arzu bəyin həyatda ən böyük arzusu nədir?

- Mənim özüm üçün olan bütün arzularım hamımıza arzuladığım xoş arzuların tərkib hissəsidir. Mən istərdim ki, ölkəmiz azad olsun, firəvan olsun, demokratik olsun. Bütün Azərbaycan vətəndaşları bu ölkənin vətəndaşı olmağından fəxr eləsin və arzu edirəm ki, mən də bəxtəvər vətəndaşlardan biri olum. Çox sağ olun diqqətinizə və təbriklərinizə görə.

Səmədov Arzu Həbib oğlu 1962-ci il mayın 10-da Ermənistanın Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirib.
Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1984-cü ildən Azərbaycan Üzümçülük və Şərabçılıq Komitəsində mühəndis, böyük mühəndis, aparıcı mühəndis, birinci dərəcəli mühəndis işləyib.
Milli azadlıq hərəkatının fəal iştirakçılarından olan A.Səmədbəyli 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin baş referenti, 1993-2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının İnformasiya və mətbuat mərkəzinin direktoru, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.
2004-cü ildən 2011-ci ildək Müsavat başqanının müavini olub. Hazırda Müsavat Partiyası Ali Məclisinin sədridir. 2005-2010-cu illərdə millət vəkili olub.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü