Modern.az

“Reuters” Agentliyi: "Bakıda oteller od-tutub yanır...“

“Reuters” Agentliyi: "Bakıda oteller od-tutub yanır...“

10 May 2012, 23:23

Nüfuzlu KİV “Eurovision” ərəfəsində Bakı otellərində qiymətlərin altı dəfə qaldırlmasından xəbər yaydı

“Reuters” agentliyinin  yaydığı xəbərdə deyilir ki, Bakıya “Eurovision” musiqi yarışına can atan hər kəs otel nömrələrinin qiymətlərini görəndə şoka düşəcək. Almaniyanın “Swoodoo” səyahət bürosunun məlumatına görə, Bakıda elə otellər var ki, qiymətləri 6 dəfə qaldırıblar.
Xəbərdə vurğulanır ki, cəmi 9 milyon əhalisi olan, iqtisadiyyatı neftdən asılı Azərbaycan ötən il Almaniyada "Running Scared" mahnısı ilə birinci olub.

“Ölkə insan hüquqlarının pozulması, “Crystal Hall”un tlkitisi və şəhərin yenidən inşası ilə bağlı ətraf yaşayış evlərinin sökülməsindən dolayı tənqid atəşinə tutulub”.

Turizm üçün imkan və şəraiti məhdud olan ölkədə qiymətlərin kəskin artımı “Swoodoo” səyahət bürosunu təəccübləndirib.

“Bakının otel infrastrukturu Qərbi və Şərqi Avropa ölkələri ilə müqaisə oluna bilməz”- “Swoodoo”un təmsilçisi Christian Saller belə deyib. Və əlavə edib ki, buna baxmayaraq azərbaycanlılar bu sahəyə artıqlaması ilə yatırım qoyublar, iş orasındadır ki, otellərin bir çoxu müəyyən olunmuş vaxtda istifadəyə verilməyib.

“Swoodoo” təmsilçisi vurğulayıb ki, Bakıda otellərdə bir gecəlik orta qiymət mayın 22-27 arası 341 avro olacaq. Halbuki bir neçə həftə əvvəl qiymət 140 avro idi.

“Reuters” agentliyi xəbərin sonunda bildirir ki, ”Eurovision”un finalı mayın 26-da Bakıda keçiriləcək. Yarım finallarsa müvafiq olaraq mayın 22 və 24-də olacaq.

Elbəyi HƏSƏNLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü