Modern.az

Bu gün muzeylərə giriş pulsuz olacaq

Bu gün muzeylərə giriş pulsuz olacaq

18 May 2012, 11:47

18 may - Beynəlxalq Muzeylər Günü münasibəti ilə İçəri Şəhərdə yerləşən Qız Qalası, Sıratağlı dini-memarlıq kompleksi, Şirvanşahlar Sarayı Kompleksi, Çin məscidində sərgilənən numizmatik ekpozisiyada, eləcə də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “açıq qapı” günü elan edilib. 
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Modern.az-a verilən məlumata görə, bununla yanaşı bu gün, saat 12:00-da Şirvanşahlar Sarayı Kompleksində “Sayrışan ulduzlar altında bərq vuran gövhər” adlı tədbir keçiriləcək.

Tədbirdə Bakı Humanitar Kollecinin müəllim və tələbə heyətinin hazırladıqları “Muzeylər gecəsi” adlı bədii kompozisiya təqdim ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü