Modern.az

Deputatlar nazirlərin Milli Məclisə hesabat verməsini tələb etdilər

Deputatlar nazirlərin Milli Məclisə hesabat verməsini tələb etdilər

Parlament

18 May 2012, 17:46

Hesablama Palatasının sədri Heydər Əsədov onları müdafiə etdi

Bu gün Milli Məclisin İqtisadi Siyasət Komitəsində “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında”, “Büdcə sisitemi haqqında” qanuna dəyişiklik edilməsi haqqında, “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Patent haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunda dəyişikliklər edilməsi barədə, “Dövlət rüsumu haqqında” qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub.

Deputatlar öncə 2011-ci il dövlət büdcəsinin icrası haqqında sənədi müzakirəyə çıxarıblar.

Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, 20 ildir Azərbaycan müstəqillik əldə edib: “Bu müddət ərzində 2011-ci il dövlət büdcəsinin icrası kimi ikinci bir icra büdcəsinə rast gəlinməyib. Demək olar ki, büdcə tam olaraq yerinə yetirilib”.

Sonra maliyyə nazirinin müavini Azər Bayramov 2011-ci il icra büdcənin icrasına toxunaraq bildirib ki, 2011-ci il icmal büdcənin gəlirləri 19982,6 milyon manat proqnoza qarşı 23225, 7 milyon və ya 116,2 faiz icra olunub ki, bu da 2010-cu illə müqayisədə 3781, 7 mln manat və ya 19,4 faiz çoxdur.
”Hesabat dövründə icmal büdcənin xərcləri 18614,8 mln manat proqnoza 17540,7 mln manat və ya 94, 2 faiz icra olunub ki, bu da 2010-cu illə müqayisədə 3899, 4mln manat və ya 28,6 faiz çoxdur. Onu da qeyd edim ki, icmal büdcədə 5685 mln manat profist olub. Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcədə 9943,4 mln manat kəsr qeydə alınıb ki, bu da 2011-ci ildə istehsal olunmuş Ümumi Daxili Məhsulun 19,9 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 7,1 faiz azdır”.

Nazir müavini 2011-ci ilin dövlət büdcəsinin xərclərinin icrası vəziyyəti barədə də məlumat verib. O bildirib ki, 2011-ci ildə dövlət büdcəsinin xərcləri 15941,2 mln manat proqnoza qarşı 15397, 5 mln manat və ya, 96,6 faiz icra edilmişdir ki, bu da 2010-cu illə müqayisədə 3631,6 mln manat və ya 30,9 faiz 96 faiz icra edilmişdir ki, bu da 2010-cu illə müqayisədə 3631,6 mln manat və ya 30,9 faiz çoxdur.

“Ümumi Daxili Məhsulda dövlət büdcəsi xərclərinin xüsusi çəkisi 30,8 faiz təşkil edib. Bu da ötən ilin müvafiq göstəricisindən 3,1 faiz çoxdur. 2011-ci ildə obyektiv səbəblərdən dövlət büdcəsinin bir sıra xərc maddə və yarımmaddələri üzrə, o cümlədən əməkhaqqı 117,9 mln manat, əməkhaqqına üstəlik 27,4 mln manat, kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi 23,5 mln manat, üzvlük haqqı və digər ödənişlər 28,9 mln manat, digər təqaüdlər, müavinətlər və transfertlər 31,9 mln manat, sair xərclər 260,5 mln manat üzrə icra proqnozda nəzərdə tutulduğundan az olub.  Belə obyektiv səbəblər kimi xərclərin icrası üzrə nəzarətin təmin olunması ilə yanaşı, dövlət büdcəsindən maliyyələşən təşkilatlara olan üzvlük haqqı xərclərinin təkminləşdirilməsini, enerjidən, qaz və sudan qənaətlə istifadə olunmasını, digər kommunal və xidmət sahələrinin xərclərinə qənaət edilməsini göstərmək olar. 2011-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri üzrə icra 132,7 mln manat və ya 87,3 faiz təşkil edib ki, bu da 2010-cu illə müqayisədə 19,2 mln manat və ya 16,9 faiz çoxdur”.

Sosial yönümlü xərclər haqqında danışan nazir müavini bu sahədə mühüm dəyişikliklərin olduğunu deyib.

Hesablama Palatasının sədri Heydər Əsədov isə deyib ki, 2011-ci ilin icra büdcəsini qənaətbəxş hesab edir: “Hesablama Palatasının  hazırladığı hesabat deputatlara və ictimaiyyətə təqdim olunacaq. Yaxşı olardı ki, bundan sonra dövlət vəsaitini xərcləyən dövlət qrumlarının rəhbərləri də ayrıca şəkildə Milli Məclisə hesabat versinlər”.

Ziyad Səmədzadə bildirib ki, bunu o da dəstəkləyir. Bu məsələ ilə bağlı o, Milli Məslisin sədri Oktay Əsədovla da danışıb. Gələn ildən bu məsələninn qüvvəyə minəcəyi gözlənilir.

Deputat Vahid Əhmədov bildirib ki, 2011-ci ildə neftin bareli 80 dollar hesablanmışdı:
“Ancaq 2011-ci ildə 113 dollara qalxdı neftin bir bareli. Ona görə də bu məsələnin büdcədə təsbit olunmasını təklif edirəm”.
Deputat eyni zamanda qeyd edib ki, dövlət büdcəsinin rüblər üzrə bərabər bölünməsində də problemlər var. O deyib ki, əsasən birinci, ikinci və üçüncü rübdə çox az vəsait ayrılır, dördüncü rübdə isə ümumi vəsaitin 75 faiz sərf olunur. Bu, düzgün addım deyil”.

V.Əhmədov xərclərin düzgün bölünməsinin tərəfdarı olduğunu bildirib. Həmçinin deyib ki, Azərbaycanın ixrac etdiyi məhsullarının 95 faizinin neft və neft məhsullarının üzərinə düşür. Kənd təsərrüfatı məhsullarının ixracında ciddi problemlər var. Konkret Quba məsələsindən misal çəkərək qeyd edib ki, Qubada Qudyalçaq boyunca kim getsə, orada almaya rast gələrlər. Ötən il Qubada insanlar əziyyət çəkərək alma becərdilər, amma məhsulun xaricə çıxarılmasında müəyyən çətinliklər yarandı. Buna görə də onlar protest edərək bütün məhsulları çaya tökdülər.

Ölkədə inflyasiya məsələsindən danışan millət vəkili bildirib ki, ötən il Azərbaycanda inflyasiya  8 faiz olub. Bununla belə o ərzaq məhsullarının inflyasiyasının 10 faizdən də çox olduğunu bildirib. Bunu da ciddi məsələ olduğunu diqqətə çatdırıb. O bildirib ki, istifadə olunmayan vəsaitlər var. Dövlət büdcəsindən əməkhaqqı üçün ayrılan 120 milyon vəsait ötən il istifadə olunmayıb. Bunun səbəbini soruşan deputat bildirib ki, bu neçə ildir ki, bu, davam edir. Onun sözlərinə görə, ya vakant yerlərə işçi götürmək lazımdır, ya da bu yerləri ləğv etmək, məsələnin qarşısını almaq lazımdır.
Vergi borcları məsələsinə toxunan millət vəkili bildirib ki, 2009-cu ildə ölkədə vergi borcları 5,2 milyard olduğu halda, 2011-ci ildə 3,1 milyard manatdır. O bu məsələdə irəliləyişlərin olduğunu diqqətə çatdıraraq bildirib ki, 3,1 milyard az vəsait deyil. Bildirib ki, bu borcların 40 faizi dövlət, qalanı isə özəl sektorun payına düşür. Xarici borclara gəldikdə isə deputat deyib ki, son vaxtlar xarici borclarda da artım hiss olunur. Bu borcların artmasının gələcək nəslə yaxşı mənada təsir edib etməməsi ilə maraqlanıb. Daha sonra o daxili borcların artdığını da bildirib.

Vahid Əhmədov Heydər Əsədovun qaldırdığı məsələni müdafiə edib. Bildirib ki mütləq ayrı-ayrı nazirliklər Milli Məclis qarşısında hesabat verməlidirlər.

Əli Məsimli isə bildirib ki, ötən il Ümumi Daxili Məhsulda artım 0,1 faiz olub. Ümumiyyətlə büdcə gəlirlərində artım 37 fazi artıb, Ümumi Daxili Məhsul 0,1 faiz olanda məsələni araşdırıb cavab vermək lazımdır. Əli Məsimli neftin 2011-ci ildə barrelinin 80 dollar hesablandığını, lakin neftin barrelinin 114 dollara satıldığını bildirib. O, deyib ki, 2011-ci ildə Səhiyyə Nazirliyi 64 milyon manata qənaət edib. Amma xəstəliklərin bu qədər çox olduğu bir vaxtda, ürək, böyrək kimi xəstəliklərin baş alıb getdiyi bir zamanda bu qədər vəsaitə necə qənaət edə biliblər? Ciddi islahatlar aparılmalı, cevik mexanizmlər qurulmalıdır. Deputat Hesablama Palatasının sədri Heydər Əsədov və deputat Vahid Əhmədovun təkliflərinə dəstək olaraq bildirib ki, Milli Məclis bütün maliyyə məsələlərinə nəzarət etməlidir. Ancaq o qeyd edib ki, bu gün faktiki olaraq maliyyəyə nəzarət məsələsi arzuolunan vəziyyətdə deyil.

Deputat Ayaz Orucov isə Azərbaycan mövcud olduğu gündən indiyə qədər bu şəkildə inkişaf etmədiyini, bu qədər  firəvanlığın olmadığını diqqətə çatdırıb.

Maliyyə nazirinin müavini Azər Bayramov deputatların qaldırdıqları məsələlərə cavab verib: “Hazırda bizdə qeyri-proporsional büdcə bölgüsü mümkün deyil. Ola bilər ki, belə hal əvvəllər mövcud olub. İndi isə mümkün deyil. İndi bunun səbəbkarı büdcədən maliyyələşən təşkilatlardır. Onlar sənədlərini vaxtında nizama salmırlar. Bir faktı deyim, Maliyyə Nazirliyi bu ilin birinci rübünün vəsaitini tam olaraq müvafiq ünvünlara köçürüb. Ancaq ümumi işin 75 faizi yerinə yetirilib. Bunu da diqqətə almaq lazımdır.

İclasda kənd təsərrüfatı məhsullarının ixrac problemindən danışıldı. Bu sahədə bizim qanunvericilik dünyada ən ideal qanunvericilikdir”.

Müzakirələrdən sonra deputatlar yeddi məsələni Milli Məclisin plenar iclasına tövsiyyə ediblər.

Gültəkin ƏLƏSGƏR

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü