Modern.az

Bakıdakı Qərb Universitetində də dərslər dayandırıldı

Bakıdakı Qərb Universitetində də dərslər dayandırıldı

19 May 2012, 10:16

“Eurovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsi ilə əlaqədar Bakıda 30-a yaxın orta məktəbdə dərslərin vaxtından əvvəl – mayın 21-də dayandırılacağı barədə xəbər vermişdik.

Modern.az saytının məlumatına görə, bu sıraya bir ali məktəb də qoşulub. Belə ki, şəhərin mərkəzində, metronun “İçərişəhər” stansiyasının yaxınlığında yerləşən Qərb Universietində də “Eurovision-2012” ilə əlaqədar dərslərə ara veriləcək.

Bu addım tələbələrin təhlükəsizliyi, həm də şəhərin mərkəzində olacaq sıxlıq  baxımından atılıb.

Universitetdən bildirilib ki, Bakıda keçiriləcək “Eurovision-2012” ilə mahnı yarışması ilə əlaqədar 20-27 may tarixində dərslər dayandırilacaq. 28 may isə Respublika günü olduğundan Qərb Universietində dərslər 29 may tarixində bərpa olunacaq.


Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü