Modern.az

Meriya İctimai Palatanın aksiyasına icazə vermədi

Meriya İctimai Palatanın aksiyasına icazə vermədi

Təhsil

19 May 2012, 13:16

 

 Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın mayın 20-ə təyin etdiyi aksiyaya icazə vermədi. Bu barədə Müsavat Partiyasından Modern.az-a məlumat verilib. Bildirilib ki, meriya müxalifət qüvvələrinin mayın 20-də keçirmək istədiyi aksiyanı məqsədəuyğun saymayaraq onlara yer ayırmaqdan imtina edib. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən belə bir addımın atılmağına əsas səbəb kimi, müraciətin onların ünvanına gec daxil olması göstərilib.

Qeyd edək ki, İctimai Palata mayın 19-da mitinq, 20-də isə piket keçirmək üçün BŞİH-ə rəsmi müraciət ünvanlayıb. Meriya müxalifətin mitinqini yenə də “20-ci sahə”də keçirməyi təklif etdiyi üçün İctimai Palata 20 may piketinin aksiya ilə əvəz edilməsi qərarına gəlib.

Xatırladaq ki, müxalifət nümayəndələrinin İctimai Televiziyanın qarşısında piket keçirmək üçün etdiyi müraciətə də icazə verilməyib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü