Modern.az

Müğənni İlhamə Qasımova Avropanı yenidən təəccübləndirib - VIDEO

Müğənni İlhamə Qasımova Avropanı yenidən təəccübləndirib - VIDEO

Mədəni̇yyət

21 May 2012, 09:54


Populyar müğənni İlhamə Qasımova yenidən avropalı fanatlarını heyrətləndirib. Müğənninin yeni ərsəyə gələn “FLYING” mahnısına çəkilmiş klipi dünyada izləmə rekordlarını qıraraq ön cərgələrdə qərarlaşıb. Almaniyanın TDF kanalı xəbər verir ki, Azərbaycanlı müğənninin dünyanı səyahət etməkdən bəhs edən “FLYING„ mahnısı artıq indidən bu yayın hitinə cevrilib. Qeyd edək ki, şən, dinamik əhval-ruhiyədə yazılan mahnının müəllifi İlhamənin produsseri Mark Dollardır.

Klipin rejissor işi isə Oliver Sommerə məxsusdur. Rəngarəngliyinə görə insanı səyahət əhval-ruhiyyəsinə kökləyən klip, dünyanın məşhur məkanlarında-Kanar adalarında, Tenerifedə, Playa de La Amerikada lentə alınıb. Mahnıda İlhamə Qasımovanın duet ortağı dünyada tanınmış RIO grupunun solisti U-Jean adlı amerikali müğənnidir.

Klip İlhamə, U-Jean, Dc OGB üclüyü ilə ərsəyə gəlsə də, azərbaycanlı müğənniyə məxsusdur. Klip və mahnı rəsmi olaraq satışa bir necə Avropa ölkəsində, o cumlədən Almaniyada iyun ayının 8-dən buraxılacaq.  Mahnı ücün Universal şirkəti ilə baglanılan müqaviləyə əsasən, mahnının və klipin yayım hüquqları da bu şirkətə məxsusdur. Artıq Almaniyanın bütün radioları İlhamənin “FLYING“ mahnısını səsləndirməyə başlayıb. Müğənninin klipi isə yaxın zamanlarda Avropanın bütün kanallarında, eləcə də Amerika televiziyalarında yayımlanacaq. Məlumatlara görə, müğənninin klipindən reklam məqsədilə istifadə etmək ücün artıq bir necə aviakampaniyalar da müraciət edib.



Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır