Modern.az

Dərs ili başa çatmayıb, amma məktəblərdə dərsliklər yığılıb

Dərs ili başa çatmayıb, amma məktəblərdə dərsliklər yığılıb

25 May 2012, 11:30

Qanuna əsasən orta məktəblər may ayının 31-də bağlanmalıdır. Çünki elə həmin gün məktəblərdə “Son zəng” olur. Amma Azərbaycanda məktəblər bağlanmamış təhsil müəssisələrinin əksdəriyyətində dərslikləri artıq yığıblar, şagirdlərin də dərsə davamiyyəti pozulub. Müşahidələr göstərir ki, bir çox məktəblərdə dərsliklər may ayının 20-dən yığılmağa başlayıb və şagirdlər boş-boşuna məktəbə gedib-gəlirlər. Modern.az  bunun səbəblərini öyrənməyə çalışıb.

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri  Faiq Şahbazlı  məktəblərdə kitabların vaxtından əvvəl yığılmasından xəbərsiz olduğunu bildirib.
Mən bilmirəm hansı məktəblərdə kitablar yığılıb. Amma kitablar dərs ilinin sonuna qədər şagirdlərdə qalmalıdır”. F. Şahbazlının sözlərinə görə, dərs ilin sonuna 3, 4 saat qalmış dərsliklərlə iş qurtarır, təkrarlar olur. “Ola bilsin ki, bu təkrarlar dərsliklər vasitəsilə aparılır. Buna görə bəzi məktəblərdə kitablar yığıla bilər”.

Sabiq millət vəkili, professor Şahlar Əsgərovun sözlərinə görə, məktəblər daha da ciddi rejimdə fəaliyyət göstərməlidir. Məktəbin nizam-intizam qaydalarına isə heç kim müdaxilə etməməlidir. “Məktəbin nizam-intizamını heç kim poza bilməz. Nazirdən tutmuş hər hansı komissiya sədri belə, bu qaydalara dəyişiklik etməməlidir”.

Sevinc İLTİFATQIZI
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü