Modern.az

İsrail jurnalisti Azərbaycan-İran sərhəd postunda saxlanılıb

İsrail jurnalisti Azərbaycan-İran sərhəd postunda saxlanılıb

Təhsil

25 May 2012, 15:55

İsrailin “Ediot Axronot” qəzetinin əməkdaşı Eldar Bak Astarada saxlanılıb. Modern.az İzRus portalına istinadən bildirir ki, bu barədə jurnalist özü məlumat verib. İsrailli jurnalist İran-Azərbaycan sərhəd-buraxılış məntəqəsində çəkiliş aparmaq istəyərkən azərbaycanlı sərhədçilər tərəfindən saxlanılıb və ona ərazini təcili tərk etmək göstərişi verilib.

“Hər iki tərəfdən sərhəd çox asan keçilir. Çünki sənədləşmə işləri çox yüngül başa gəlir. Amma bu ilk baxışdan belə görünür. Son aylar sərhəd rayonlarında gizli nəzarət həddən artıq artırılıb”-deyə jurnalist bildirib. 
Onun sözlərinə görə, bu həftə o Astara rayonunda olub: “Sərhəddə çoxlu sayda rus yük maşınlarına rast gəlmək olar. Onlar İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalardan yan keçərək sərbəst şəklidə İrana yük aparırılar”-deyə Bak vurğulayıb.  

E.Bakın sözlərinə görə, onu saxlayan hərbiçi Bakın İsrailli jurnalist olduğunu biləndə çox təəccüblənib. 
“İsrail və İranın bir-biriləri ilə münasibətləri çox pisdir”-deyən zabit ona dərhal sərhəd ərazisini tərk etməyi tapşırıb.

Eldar Bak özünün müsəlman ölkələrinə etdiyi səfərlərinə görə tanınır.

Xaqani SƏFƏROĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü