Dünyada çoxuşaqlı ana kimi məşhurlaşan amerikalı qadın borcların ödəmək üçün pornoqrafik filmə çəkilməyə razılıq verib. Qərb mətbuatının yaydığı məlumata görə müflis olmaq təhlükəsi ilə üzləşən Nadya Süleyman 14 uşağını yedizdirmək üşün kameralar qarşısında soyunmağı qərara alıb.
Məlum olub ki, ev xərclərini qarşılaya bilməyən Nadya 18+ filmin çəkilişi ilə bağlı müqaviləni imzalayıb. Xatırladaq ki, bu məşhur ana müxtəlif kino şirkətlərindən oxşar təkliflər almasına baxmayaraq, media qarşısında açıqlama verərək bildirmişdi: “Belə bir təklikfi ancaq fövqəladə hal olarsa, qəbul edərəm”.