Modern.az

Kamilənin toyunda müğənnilərin saçyoldusu... – FOTO

Kamilənin toyunda müğənnilərin saçyoldusu... – FOTO

Mədəni̇yyət

7 İyun 2012, 13:02

Dünən tanınmış teleaparıcı və aktrisa Kamilə Babayeva subaylığa əlvida deyib. Modern.az-ın məlumatına görə aparıcı ixtisasca həkim və hüquqşünas olan İbrahim Rzabəyovla ailə həyatı qurub.

K.Babayeva yerli şou-biznesin  bir çox nümayəndələrini də toya dəvət edib. Faiq Ağayev, Elton, Elnur Məmmədov, Samir Cavadzadə, Sevda Ələkbərzadə, Sevda Yahyayeva, Samirə, İradə İbrahimova, Aygün Kazımova, Röya toya dəvət alanlar sırasında olub.
Şahidlərin sosial şəbəklərdə yaydıqları məlumata görə, toyun ən yadda qalan məqamı illərdir küsüb-barışan Aygün Kazımova və Röyanın saçyolduya çıxmasıdır. Toy iştirakçıları əlbəyaxa olan bi iki qadını güclə ayırıblar. Davanın səbəbi  müğənnilərin toyda oynayarkən bir-birinə toxunması göstərilir.

Sevinc İLTİFATQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı