Modern.az

Deputat: “Bu təxribat Klintonun Azərbaycana səfəri ilə bağlı idi”

Deputat: “Bu təxribat Klintonun Azərbaycana səfəri ilə bağlı idi”

Təhsil

7 İyun 2012, 16:12


Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini, millət vəkili  Rövşən Rzayev ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfərinə münasibət bildirib. ABŞ rəsmisinin ölkəmizə işğüzar səfərini müsbət qiymətləndirən deputat Modern.az-a deyib ki, H.Klintonun gəlişi Qarabağ münaqişəsinin həllində müsbət dönüş yaradacaq:

“Qeyd edim ki, Hillari Klintonun Azərbaycana gəlməsi çox müsbət haldır. Məlum məsələdir ki, Azərbaycan regionda aparıcı gücə malik bir dövlətdir. Bu baxımdan ABŞ dövət katibinin Azərbaycana səfəri müsbət göstəricidir. Azərbaycan enerji daşıyıcılarını difersikasiyası rolunda maraqlı olduğuna görə, ABŞ bizi dəstəkləyir. Onlar bu barədə də öz fikirləriniz söyləyiblər. Xanım Klintonun gəlişi bizim üçün çox vacib idi. Eyni zamanda Klinton bölgədə ən böyük münaqişə olan Dağlıq Qarabağ probleminə də toxunaraq münasibət bildirdi.
Qafqazda təhlükəsizlik Azərbaycanın təhlükəsizliyindən aslıdır. Azərbaycanın təhlükəsizliyi isə Dağlıq Qarabağ problemindən aslıdır. Münaqişəni sülh yolu ilə həll etmək hamının marağındadır. İlk növbədə təbii ki, bu, Azərbaycanın marağındadır. Hillari Klinton Azərbaycanda olarkən bu fikirləri söyləmişdi”.

Cəbhə xəttində Ermənistan ordusunun törətdiyi təxribatı pisləyən deputat bildirib ki, bu təxribat H.Klintonun Azərbaycana səfəri ilə bağlı idi.

“Ermənistan hər zaman olduğu kimi, bu dəfə də öz təxribatçı siyasətini qabarda bildi. Regionda Ermənistan bütün layihələrdən kənarda qaldığı üçün işğalçılıq mövqeyini davam etdirir. Dünyada gedən inkişafda Ermənistanın rolu olmadığından onlar təxribatdan başqa heç bir işlə məşğul olmurlar. Təəssüflər olsun ki, Azərbaycan ordusunun əsgərləri şəhid oldular. Allah şəhidlərimizə rəhmət etsin.
Lakin xanım Klintonun dediyi kimi, münaqişə yalnız və yalnız sülh yolu ilə həll edilməlidir. Bu baxımdan biz də bütün imkanlarımızdan istifadə etməliyik. Eyni zamanda Amerika bizim müttəfiqimiz olduğu üçün bu məsələnin həllində bütün imkanlarından istifadə etməlidirlər”-deyə R.Rzayev vurğulayıb.

Millət vəkili ABŞ dövlət katibinin Azərbaycana səfərini müsbət qiymətləndirərək qeyd edib ki, ölkəmizdə bu probemin həllində müsbət nəticəyə nail ola biləcək. R.Rzayevin sözlərinə görə, Amerika da artıq Ermənistanın işğalçılıq siyasətini psiləyərək münaqişənin tezliklə həll edilməsini istəyir.

“Klintonun Azərbaycana səfəri Qarabağ münaqişəsinin həllində dönüş yarada bilər. Azərbaycan bugün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi orada da öz fikirlərini həyata keçirə bilir. Ona görə də Amerika hesab edir ki, Dağlıq Qarabağ problemi ədalətli şəkildə həll olunmalıdır. Bu problem də yalnız beynəlxalq hüquq müstəvisində həll oluna bilər. ABŞ bu istiqamətdə Ermənistana kifayət qədər prinsipial mövqeyini göstərə bilsə, biz müsbət nəticəyə nail ola bilərik”.

Anar RÜSTƏMOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü