Modern.az

Əhməd Şəfəq Anar Yusifoğlunun şeirinə mahnı bəstələdi

Əhməd Şəfəq Anar Yusifoğlunun şeirinə mahnı bəstələdi

Mədəni̇yyət

6 İyul 2012, 01:25

Türkiyənin tanınmış sənətçisi Əhməd Şəfəqin “Fərqimiz olsun” adlı yeni albomu işıq üzü görüb. 
Əhməd Şəfəqin yeni albomunda indiyə qədər televiziya aparıcısı və şərhçi kimi tanıdığımız məşhur jurnalist Anar Yusifoğlunun şeirinə yazılmış bəstə də var.

 Modern.az Kulis.az-a istinadən bildirir ki, Əhməd Şəfəq Anar Yusifoğlu ilə yaxın dost olduqlarını, onun şeir yazdığını öyrənəndən sonra “İnsafına qarmı yağdı” adlı şeirinə mahnı bəstələmək istədiyini bildirib: “Dostum Anar Yusufoğluya çox təşəkkür edirəm. O, öz peşəsində çox qiymətli insandır, sağ olsun ki, mənim xahişimi yerə salmayıb, şeirini mənə verdi. Gözəl bir bəstə alındı. Anar çox yaxın dostum, etibarlı insan, peşəkar jurnalistdir. Onunla bir çox məsələlərə, Azərbaycan və Türkiyə münasibətlərinin bu gününə və gələcəyinə dair baxışlarımız da üst-üstə düşür. Biz ikimiz də ölkələrimizin eyni yolda yürümələri, daha sıx bir-birinə sarılmaları yönündə fəaliyyət göstərən insanlardanıq. Bu mahnı ilə bağlı işbirliyini də bizim dostluğumuzun və ortaq fəaliyyətimizin obrazı hesab eləmək olar”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır