Modern.az

Qızı Alim Qasımova mahnı yazdı: “Oxu, Alim”

Qızı Alim Qasımova mahnı yazdı: “Oxu, Alim”

31 İyul 2012, 14:51


Məşhur muğam ifaçısı Alim Qasımovun 55 illiyinə qızı Fərqanə Qasımova tərəfindən mahnı bəstələnib. Gənc muğam ifaçısının ilk bəstəsi Alim Qasımovun ad günündə efirdə yayımlanacaq.

Bu barədə Modern.az saytına açıqlama verən Fərqanə Qasımova mahnının “Oxu, Alim” adlandırıldığını deyib.

“Atamla bağlı çox şeirlər yazılıb. Ad günü yaxınlaşdığından onun üçün yazılan şeirlərə baxdım və Afət xanım adlı şairənin yazdığı şeir ürəyimə yatdı. Özüm oxudum, mahnısını bəstələdim. Hazırda klip çəkilir”.

F.Qasımova deyib ki, klipin rejissoru Əbdülqədir Əliyevdir:
“Klipdə həm təbiət, həm də səhnə görüntüləri var. Burada atamın özü də çəkilib. Avqustun 10-a kimi klip çəkilib hazır olmalıdır. Bəlkə, avqustun 14-də, ola bilər daha tez efirdə yayımlanacaq ki, xalq Alim Qasımovun 55 illiyinin olduğunu bilsin”.

Qeyd edək ki, Alim Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda anadan olub.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı