Modern.az

“Çudo Peçka”ya daha bir qadağa - yeni nöqsanlar aşkarlandı

“Çudo Peçka”ya daha bir qadağa - yeni nöqsanlar aşkarlandı

3 Oktyabr 2012, 14:54

“Çudo Peçka” MMC-də və bu firmaya məxsus ticarət şəbəkələrində bir sıra kulinariya məmulatları, dönər və biskvitli, kremli, ballı, xamalı tortun istehsalı və satışı qadağan edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan 36 ünvanında fəaliyyət göstərən “Çudo Peçka” MMC-də və bu firmaya məxsus ticarət şəbəkələrində aparılmış araşdırmaların yekunu olaraq bir sıra məhsulun istehsalı və satışı qadağan edilib.

Komitədən verilən məlumata görə, müəssisəyə məxsus istehsal sexlərində aşkar olunmuş nöqsanlar səbəbindən “Standartlaşdırma haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən bir sıra kulinariya məmulatları (ət və ciyər peraşkisi, mimoza, şuba salatı, ət qiyməsi ilə blinçik və s.), dönər və biskvitli kremli ballı xamalı tortun istehsalı və satışı qadağan edilib.

Eyni zamanda aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228.0.3, 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən inzibati qaydada protokol tərtib edilib və cərimə tətbiq olunub.

 

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü