Nüfuzlu Nobel mükafatının Sülh üzrə builki laureatının misirli Megi Cübran olacağı barədə xəbərlər yayılıb. Modern.az “Əl Ərəbiyyə” telekanalına istinadən bildirir ki, Megi Cübran Qahirənin kimsəsiz uşaqlarına kömək etdiyinə görə builki Nobel mükafatının potensial qalibi kimi göstərilir. Məlumata görə, Misirin “Megi anası” olaraq tanınan Cübran Birləşmiş Ştatlar Konqresi tərəfindən namizəd göstərilib.
“Miss Cübran ali dərəcədə yaxşı qadındır və o yorulmadan minlərlə misirli uşağa kömək edir”-deyə onun haqqənda ChristianPost.com saytı yazıb.
Megi Ana minlərlə xristian və müsəlman uşağa, Qahirədəki kasıb ailələrə kömək edən “Stefanın uşaqları” adlı qurumun yaradıcısıdır.