Modern.az

Ziyafət Əsgərovdan Ermənistana sərt mesaj: “Azərbaycan buna imkan verməyəcək”

Ziyafət Əsgərovdan Ermənistana sərt mesaj: “Azərbaycan buna imkan verməyəcək”

Təhsil

12 Noyabr 2012, 13:26

Ermənistan tərəfi yaxşı bilir ki, Azərbaycan buna imkan verməyəcək”

Azərbaycanın dispetçer xidməti Xankəndi aeroportuna uçan təyyarələrə xidmət göstərməyəcək. Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Ali Dövlət Neft Məktəbində 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbirdə tələbələrlə görüşən  vitse-spiker qeyd edib ki, Azərbaycan tərəfi Xankəndi aeroportunun açılmasına imkan verməyəcək.

"Aeroport yenidən qurulub, amma istifadəyə verilməyib. Ermənistan tərəfi müxtəlif bəhanələrə əl atır ki, onu işə salsın. Ermənistan tərəfi yaxşı bilir ki, Azərbaycan buna imkan verməyəcək”, -deyə vitse-spiker bildirib.

Parlamentdə sözügedən aeroportun istifadəyə verilməsi ilə bağlı məsələnin qaldırılmasına münasibət bildirən Əsgərov vurğulayıb ki, bununla bağlı Milli Məclisin əlavə müzakirəsinə ehtiyac yoxdur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü