Modern.az

Bakıda yeni şəhərcik öz sakinlərini gözləyir-FOTOLAR

Bakıda yeni şəhərcik öz sakinlərini gözləyir-FOTOLAR

Aktual

18 Dekabr 2012, 09:27

“Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilən şəhərcik bu ilin sonuna tam hazır olacaq”. Bu sözləri Modern.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib.

“Orada böyük məhəllə salınır və tikinti işləri başa çatıb, artıq son tamamlama işləri gedir.  Məhəllədə son tamamlama işləri də başa çatandan sonra məcburi köçkünlərin istifadəsinə veriləcək və Bakı Dövlət Universitetinin yataqxanasında olan məcburi köçkünlərin hamısı ora köçürüləcək”.

Qeyd edək ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 22 hektar ərazidə 1410 məcburi köçkün ailəsi üçün salınan məhəllədə 16-sı 80, dördü isə 40 mənzilli olmaqla beşmərtəbəli 20 bina tikilir.

Məhəllədə 1296 şagird yerlik məktəb, 140 nəfərlik uşaq bağçası, kitabxana, klub, təcili tibbi yardım stansiyası, yanğın deposu, poçt binası da tikilib. Məhəllə qaz, su, elektrik enerjisi, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunub. 



Aytən Əliyeva  
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü