Modern.az

Bu gün Nəsimi və Yasamal rayonlarının içməli suyu kəsiləcək

Bu gün Nəsimi və Yasamal rayonlarının içməli suyu kəsiləcək

Aktual

18 Dekabr 2012, 12:34

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə  Bakı şəhəri  Ş. Əzizbəyov küçəsində yeni çəkilmiş 300 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar 18 dekabr 2012-ci il tarixdə gün ərzində paytaxtın Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Füzuli, Ş. Əzizbəyov, A. Qurbanov, M. İbrahimov  küçələrinə içməli su  fasilələrlə veriləcək.
Bu barədə “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.  


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü