Modern.az

Əli Kərimli müxalifət liderlərinə çağırış etdi

Əli Kərimli müxalifət liderlərinə çağırış etdi

Aktual

23 Dekabr 2012, 14:14

AXCP Ali Məclisinin növbəti sessiyası işinə başlayıb. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sessiyanın gündəliyinə  ölkədəki ictimai-siyasi vəziyyət və AXCP-nin qaşısında duran vəzifələri, təşkilati məsələlər, AXCP GK Əsasnaməsinə dəyişikliklər edilməsi və eləcə də cari məsələlər daxil edilib.

İclasda əvvəlcə təşkilati məsələlərə baxılıb, Gədəbəy, Sumqayıt və Şəki rayon şöbələrindən Ali Məclisə seçilmiş yeni üzvlərin və və 1/2 tərkibdən Ali Məclisə üzv seçilmiş Babək Həsənovun səlahiyyəti təsdiqlənib.

Sonra ictimai-siyasi vəziyyət və AXCP-nin qaşısında duran vəzifələr barədə məruzə etmək üçün söz partiya sədri Əli Kərimliyə verilib.

AXCP sədri çıxış edərək Azərbaycanın böyük dəyişikliklər astanasında olduğunu bildirib və bunu bir neçə nümunə ilə əsaslandırıb. Əli Kərimli Azərbaycan müxalifətinin, konkret halda isə AXCP-nin bu dəyişikliklərə nail olmaq üçün məsuliyyət daşıdığını diqqətə çatdırıb. AXCP sədri bu xüsusda müxalifətin birliyi, hakimiyyətin siyasətinə qarşı olan qüvvələrin daha geniş koalisiyasının yaradılamsının vacibliyi haqda danışıb.

“Hazırkı vəziyyətdə birləşmə, konsolidasiya aparıcı meyillər olmalıdr. Haqqımız yoxdur ki, partiya, qrup maraqlarını önə çəkək, daxili intriqalarla məşğul olaq. Xalq bizə deyir ki, bu illər ərzində əziyyət çəkmişiniz, sağ olun, buyurun, bu işi məntiqi sonluğa çatdırın” deyən AXCP sədri Məclis üzvlərini yerlərdə bu birləşmə, kosolidasiya siyasətini gücləndirməyə çağırıb.

Əli Kərimli həmçinin vurğulayıb ki, qarşıdan gələn prezident seçkilərinin nəticələri bu gün görülən işlərdən asılı olacaq. “2013-cü ilin nəticələri bu günkü işlərimzidən asılıdır. 2013-də dəyişiklik üçün əvvəllər olmayan yaxşı imkanlar yaranıb. Bu seçkidə nəyin bahasına olursa olsun yox, qələbə üçün iştirak etmək istəyirik. Hər şeyi etməliyik ki, bu seçki əvvəlkilərdən fərqlənsin”, - deyə AXCP sədri vurğulayıb.

Anar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü