Modern.az

Maqsud İbrahimbəyov: “Eldar Namazov əsilzadə deyil”

Maqsud İbrahimbəyov: “Eldar Namazov əsilzadə deyil”

Aktual

12 Yanvar 2013, 10:50

Keçmiş deputat Maqsud İbrahimbəyovun sədrliyi ilə 90-cı illərin əvvəlində “Azərbaycan Respublikası Əsilzadələr Məclisi” yaradılıb. Bu məclisə əgər nəslində bəy, zadəgan olubsa, onu təsdiq edən sənədi gətirib üzv ola bilərdin. Ölkənin tanınmış şəxslərindən də bir çoxları bu məclisin üzvləridir. Modern.az Əsilzadələr Məclisinin son durumu ilə bağlı məlumat almaq üçün təşkilatın sədri M.İbrahimbəyovla əlaqə saxlayıb.

“Əsilzadələr Məclisi” ilə bağlı danışan Maqsud İbrahimbəyov qeyd edib ki, elə indi də məclis öz fəaliyyətini davam etdirir: “Belə bir məclisin olması təbii bir şeydir. Ölkə varsa, Əsilzadələr Məclisi də gərək olsun. Bura üzv olmaq üçün sənəd lazımdır. Sənəd gətirirlər və üzv ola bilirlər. Sənəddə o öz əksini tapmalıdır ki, onun babası, ulu babası bəy, xan nəslinin üzvü olub. Təşkilatda nə qədər üzv var və kimlər var onu deyə bilmərəm”.

Eldar Namazovun da Əsilzadələr Məclisinin üzvi olması məsələsinə də aydınlıq gətirən M. İbrahimbəyov bildirib ki, yadında olduğu qədər, E.Namazovun adı üzv olanların siyahısında yoxdur.

Modern.az-ın əməkdaşı Əsilzadələr Məclisinə üzv olan şəxslərin bəzilərini tapıb:

Vaxtilə Milli Məclisin mətbuat xidmətinin rəhbəri olan, ictimai xadim Aqşin Babayev də Əsilzadələr Məclisinin üzvüdür. 

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq Fuad Məmmədov 1999-cu ildə Əsilzadələr Məclisinə seçilib.

Hüquqşünas Ənvər Seyidov (1997).

Rəssam, yazıçı Nazim Məmmədbəyov.

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov (2007).

Yazıçı-publisist, təqaüddə olan polis polkovniki Elbrus Şahmar (2002).

Yazıçı Yusif Vəzirov (1999).

İqtisad üzrə fəlsəfə doktoru, professor, “Şöhrət” ordenli Eldar Quliyev (2000).

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü