Modern.az

Rektor : “Nazirliyə bizdən şikayət etmişdilər, əsassız çıxdı” - AÇIQLAMA

Rektor : “Nazirliyə bizdən şikayət etmişdilər, əsassız çıxdı” - AÇIQLAMA

Təhsil

29 Yanvar 2013, 13:19

Müəllimlər İnstitutunun Mingəçevir filialında təhsil alan tələbələrin etiraz aksiyası keçirəcəyi haqda məlumatlar yayılıb. Redaksiyamıza daxil olan məlumatda qeyd olunub ki, bu təhsil müəssisəsində müəllimlərin qanunsuz pul yığımından narazılıq edən tələbələr aksiya keçirməyə hazırlaşır.

Müraciətdə Müəllimlər İnstitutunun Mingəçevir filialına yeni təyin olunan rektorun göstərişi ilə tələbələrdən qanunsuz pul yığıldığı haqda məlumat öz əksini tapıb.

Məsələ ilə bağlı Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı Modern.az-a açıqlama verib. Tələbələrin aksiya keçirəcəyi ilə bağlı onlara müraciətin daxil olmadığını deyən rektor bildirib ki, Mingəçevir filialında rüşvətdən söhbət gedə bilməz.

“Belə bir şey ola bilməz. Çünki bu yaxınlarda Mingəçevir rəhbərliyini dəyişdik. Bu məlumatlar  doğru deyil. Dünən də Şamaxı filialından nazirliyə şikayət məktubu getmişdi. Məlumat yoxlanıldıqdan sonra bu informasiyanın əsassız olduğu ortaya çıxdı. Həmin məktəbin direktorunu yeni dəyişmişik. Bu yaxınlarda biz Mingəçevirdə tələbələr arasında anonim sorğu keçirmişik. Tələbələr arasında keçirdiyimiz sorğuda hansı müəllimdən və yaxud da rəhbərlikdən narazı olub-olmamalarını soruşduq.

Güman edirəm ki, həmin məktəbdə yeni rəhbərliyi istəməyən adamlar var ki, keçmiş vəziyyət yenidən orda höküm sürsün, bazar olsun. Bundan başqa digər yerlərdən də bizə həddən artıq zənglər gəlir. Yoxlayırıq, görürük ki, bu informasiyalar doğru deyil”,- deyə A.Naxçıvanlı açıqlama verib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü