Modern.az

Bakıdan gedən rep qrupu Türkiyədə uğur qazanıb

Bakıdan gedən rep qrupu Türkiyədə uğur qazanıb

İqtisadiyyat

11 Fevral 2013, 12:18

Türkiyənin “STAR” kanalında yayımlanan “Yetenek sizsiniz verilişində çıxış edən azərbaycanlılardan ibarət rep qrupu “Nato” həm jürinin, həm də tamaşaçıların böyük rəğbətini qazanıb.

Modern.az xəbər verir ki, yarışmanın ikinci turuna çıxan qrupun hazırladığı şou jürinin hər üç nümayəndəsi tərəfindən bəyənilib.   Belə ki, münsiflərin üzvləri Acun Ulucalı, Hülya Avşar, Sergen Yalçın qrupun performansını əsl final şousu kimi qiymətləndiriliblər.  

Tamaşaçıların 82 faiz səsini toplayan qrupun hazırladığı şouda Azərbaycandan-Bakıdan görüntülərə yer verilib. Burada diqqəti çəkən məqamlardan biri də Bakıdan gətirilən qızılgülün Hülya Avşara verilməsi idi.  

//www.youtube.com/watch?feature=player_embedded&v=xj3I3U1EZSE
 

Aytən ƏLİYEVA
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı