Azərbaycanın xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevaya açıq məktub ünvanlayıb.
APA-nın xəbərinə görə, İ.Quliyeva məktubunda bildirib ki, N.Dostəliyevanın məktubunda prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adı çəkilməsəydi, heç bir zaman məsələyə reaksiya verməzdi: “Dövlət başçısına, xanımına və xalqıma hörmətimdən, sayğımdan, sadiqliyimdən münasibətimi bildirmək istəyirəm”.
Daha sonra İ.Quliyeva qeyd edib ki, N.Dostəliyeva öz acınacaqlı vəziyyətini sığortalamaq üçün cəfəngiyata, yalan, həqiqətəuyğun olmayan fikirlərə əl atıb: “2012-ci ilin dekabr ayında bu ifaçı ATV kanalının "Onlar" verilişində məni təhqir edərək, şərəf və ləyaqətimi ləkələməyə cəhd göstərib. Hədsiz dərəcədə tərbiyəsizlik nümayiş etdirərək məni təhqir və parodiya edib. Daha sonra "Space" kanalında yaradıcılığımın benefisi keçirilən verilişdə mənim ifadələrimi, jestimi, ümumiyyətlə, həmin verilişdə nə danışmışamsa, onları ifrat dərəcəsində ələ salaraq, sanki efirdən üstümə qışqıraraq, "sən kimsən? sən nəçisən? Sənin nə səsin var, nə də sənətin, mənim sənə yazığım gəlir” və s. bu kimi ifadələr işlədib. İndi sual verirəm: yazıq kimdir və kimə yazığı gəlir?
Nazpəri bir müddət əvvəl "Lider" kanalının "Solo" verilişində yenə də ifrat dərəcədə iç dünyasını nümayiş etdirib. Ünvanıma o ki var təhqiramiz fikirlər səsləndirib. Həmin verilişdə canlı ifa zamanı “xoruz” buraxaraq özünü biabır edib və oxumasını yarımçıq dayandırıb. Sizcə, səsi və sənəti olmayan kimdir? Dəfələrlə Nazpəri mənə qarşı hörmətsizlik edib. Hər dəfə məni görəndə yaxınlaşaraq boynumun ardından, saçımdan öpüb və "siz məni sevsəniz də, sevməsəniz də, öpəcəm, sizi istəyəcəm" - deyib. Bu olaylar bir neçə insanın gözü qarşısında olub. Ümumiyyətlə, Nazpəri hər zaman dilinin bəlasına düşüb, başından böyük hərəkətlər edərək çaşıb, səhvlərə yol verib. Açıqlamağa biabırçı məsələlər və faktlar çoxdur. Hələ ki, şəxsiyyətimə, sənətimə, statusuma yaraşdırmayıb susuram. Ona görə də daxili işlər naziri, general-polkovnik Ramil Usubov cənablarına ərizə ilə müraciət elədim. Həmin ərizə ilə bərabər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə Nazpəri Dostəliyevanın kanallarda məni təhqir elədiyi çəkiliş disklərini də təqdim etmişəm. Cənab nazir adı çəkilən idarənin rəhbərliyinə göstəriş verib ki, ərizəni araşdırsınlar və nəticəsini nazirə məruzə eləsinlər.
Nazpəri mənə şər atır ki, guya bir neçə xalq artisti ilə mənim münasibətim pisdir. Bu, ağ yalandır. Əslində o, bu addımı atmaqla kampaniya yaratmaq fikrinə düşüb. Adları çəkilən sənətçilərdən birini çıxmaq şərti ilə - bu, Məleykə Əsədovadır, onu da məsuliyyətə cəlb etdirəcəm – hamısı ilə dostam və mənim ətrafımdadırlar.
Nazpəri bir zamanlar xalq artisti Brilliant Dadaşova ilə də çəkişirdi, guya Brilliant onun qoşa-nağara çalanı olub. Ancaq nəticə Nazpərinin ondan üzr istəməsi ilə bitdi.
Mədəniyyət aləmində hamı bilir ki, mən onlarla gəncin sənətə gəlməsinə yardımçı olmuşam. Vaxtilə nəhəng Fikrət Əmirov səsim üçün silsilə əsərlər bəstələmişdi. Mən Rəşid Behbudov, Tükəzban İsmayılova, Həbib Bayramov akademiyası görmüşəm. Soruşuram - Nazpəri, sən kimi görmüsən? Hansı bəstəkar sənin üçün bir mahnı yazıb? Bacın Zeynəb Dostəliyeva səndən yaxşı oxuyur deyə onunla da bir zamanlar dalaşırdın. Sənətdən danışmağa haqqın yoxdur. Dəfələrlə Azərbaycan bayrağını başqa ölkələrdə göylərə qaldırmışam. Nazpəri qurban olsun Səyavuş Kərimiyə ki, onu Biləcəridən o yana aparıb.
Nazpəri deyir ki, guya “Space” kanalında ona qadağa qoydurmuşam. Halbuki bu yaxınlarda İlham Mirzəyevin “Etiraf” verilişində "hopstop" oynayırdı. Nazpəriyə tələbat yoxdur və buna görə də onu efirə dəvət etmirlər. Guya DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov mənim dostumdur. Nazpəri bu yazısı ilə yüksək rütbəli dövlət məmuruna - polis general-mayoruna böhtan atır və buna görə də məsuliyyət daşıya bilər. Əslində isə Mirqafar Seyidov bütün Azərbaycan xalqının asayişini qoruyan, hamının dostudur. Üstəlik, mən ərizəmi cənab nazir Ramil Usubova təqdim etmişəm. Mənə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən zəng edib təklif etdilər ki, bizi görüşdürsünlər və barışıq olsun. Lakin mən buna qəti surətdə razılıq vermədim. Çünki belə çaşqınlığı dəfələrlə bağışlamışam. İndi bu fikirdən vaz keçirəm.
Nazpəri böyük oğlunun toyunda mənə zəng elədi və toy mərasiminə dəvət edib dedi ki, istəyirəm süfrəmizin başında böyük sənətkarımız əyləşsin. Lakin mən o toy məclisinə getmədim. Nazpəri toy məclislərinin birində gəldi, güclə yanımda əyləşdi, öpüb qucaqlayaraq dedi: "İki balam ölsün, bizim aramıza girən var, mən sizin haqqınızda heç bir pis fikir söyləməmişəm". Həmin məclisdə mənimlə şəkil çəkdirib elə həmin anda "lent.az" saytına yerləşdirmişdi. Bağışlamaq Allahdan qalıb. Dəfələrlə bağışladım və yenə də eyni səhvi etdi.
Bilmək istəyirəm, Nazpəri Dostəliyeva məndən - iki dövlətin xalq artisti, ulu öndərimizin təltif etdiyi “Şöhrət” ordenli, Dünya sülh səfiri, Cenevrədə BMT İdarə Heyətinin fəxri üzvü, Vətən mükafatı laureatı, Dünya Azərbaycanlıları Konqresi Birliyinin Mədəniyyət Akademiyasının prezidentindən nə istəyir? Əgər bir şey ürəyindən keçirsə, alım göndərim. Bunun haqqı varmı mənim kimi toxunulmaz statuslu sənətkarın ünvanına belə biabırçı addımlar atsın? Kimə arxalanır? Mən yarım əsrdir bu dövlətə, bir dövlət başçısına, Vətənimə, xalqıma xidmət edirəm. Mənim statusumda olan hər bir Azərbaycan vətəndaşı toxunulmazdır. Nazpəri, sənin öz yerin var, mənim öz yerim - otur yerində...
Azərbaycan iri addımlarla addımlayan, çiçəklənən bir ölkədir. Və hamı Bakıda bir-birini çox gözəl tanıyır. Yaşdan çox danışırsan, Allah saxlasın, iki oğul övladın var. Böyük oğlun 40 yaşını keçib, artıq nənə də olmusan. Bu qədər yaşdan danışırsan, ayıb deyilmi? Yenə deyirəm, sənin yaşın hər kəsə bəllidir. Əgər sussan, bu, sənin xeyrinə olar. Mən bu təhqirlərdən vaz keçən deyiləm, sona qədər bu məsələ öz hüquqi yerini tapmalıdır. Ağıllı ol, sənin ünvanıma təhqiramiz fikirlərinin çəkilişi mənim əlimdə və hüquq-mühafizə orqanlarındadır. Mən bu işi boş buraxan deyiləm. Bundan sonra kim belə çaşqınlığa, azğınlığa yol versə, onları da sənin aqibətin gözləyir.
Mən bir Azərbaycan vətəndaşı olaraq dövlətimizin inkişafı naminə yorulmadan uğurlu daxili, xarici siyasət yürüdən ölkə başçımız İlham Əliyevi bütün varlığımla dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyəm. Qarşıdan gələn prezident seçkilərində ən layiqli namizəd kimi İlham Əliyevin təbliğat kampaniyasında bir əsgər kimi mən də varam”.
Modern.az
Cəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutuldu
Azərbaycan çaylarında son durum...
Tramp Türkiyəyə yeni səfir təyin etdi
Dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO
Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı
Silahlı hücumda 66 nəfər öldürüldü
Paytaxt sakini mənzilində yanaraq öldü
Azərbaycan nefti bahalaşıb
Bakıda gənc qız itkin düşdü
Leyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLAR
Nazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavab
Daha 17 uşaq qızılcaya tutuldu
ABŞ-da fövqəladə vəziyyət elan edildi
Yüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEO
Şamaxıda yenidən vulkan püskürdü
Özünü asan qızı polislər xilas etdi
Elmar Məmmədyarov Almaniyada Qarabağ münaqişəsini müzakirə etdi
“Azərsu”ya məxsus avtomobil avtobusa çırpıldı
ABŞ bu ölkəyə qarşı sanksiyaları sərtləşdirir
Leyla Əliyeva Balaxanıda sahibsiz itlərə qayğı mərkəzinin açılışında - FOTOLAR
Hindistan Pakistandakı səfirini geri çağırdı
Almaniya müdafiə xərclərini artırır
Nazir günərzi qayğı mərkəzində - FOTOLAR
Bakıda 20 yaşlı qızı vurub hadisə yerindən qaçdılar
Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək
Azərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaq
İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb
Prezidentin köməkçisi “Neolit”dəki insidentə münasibət bildirib
Əsrlər sonra açıqlandı: Hürrəmin məktubları
Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək
Pensiyaların iki aylıq artımla verilməsinə başlanılıb
Ötən il ən böyük hərbi büdcəyə malik ölkələri məlum oldu
Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşüb
Tramp barışıq üçün maliyyə nazirini Çinə göndərdi
Sendviç oğurlayan deputat mandatından imtina etdi
Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər
Rüstəm Xəlilov seçicilərlə görüşləri davam etdirir - FOTOLAR
İstirahət günlərinin hava PROQNOZU
SOCAR-ın işçisi dənizə düşərək öldü
Balıqçılıq təsərrüfatlarının sahibləri nazirliyə çağırıldılar
Keçmiş mətbuat katibinə “Döyüş əməliyyatı veteranı” medalı verildi
Əcnəbi jurnalistlər Mətbuat Şurasına gəldilər
Sahibkarların işi asanlaşır, prosedurlar 2-yə endirildi
Manatın 3 günlük MƏZƏNNƏSİ açıqlandı
İlham Əliyev litvalı həmkarını təbrik etdi
Tovuzda yol tikintisinə 3,3 milyon manat ayrıldı
Abituriyentlərin nəzərinə: sınaq imtahanlarına qeydiyyat başlayıb
İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşdü
İki rayonun qış otlaqları üçün 30 milyon manat ayrıldı
Azərbaycanda ilk: İcra hakimiyyəti xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaratdı
Yaxsi oxuyansan bunu bir senet adami kimi biliram amma har zaman sanatkaram-sanatkaram demak camaati bezdirib.
hemiseki ucuz ve ciliz cixislardan daha birisi...
Senetkar deyende o ayri seyi nezerde tutur, mugenniliyi yox.
1000 dene adi olsaydi hamsini yazardi.NAZPERI HEC VAXT HEC KESE ILISHMEYIB.ILISHEN GOZ QABAGINDADIR
müharibə gedən ölkədə bu cür söhbətlər etmək ayıbdır.
men umumiyyetle AYBENIZ HASIMOVA VE ILHAME QULIYEVANIN CIXISLARINA QULAQ ASMIRAM.CUNKI ONLAR DANISANDA SENETDEN BASQA HER WEYDEN DANISIRLAR,OZLERINDEN BASQA HEC KIMI BEYENMIRLER.
Şərh yaz