Modern.az

Xocalıda hər iki valideynini itirənlərin məsələsi parlamentdə qaldırılacaq

Xocalıda hər iki valideynini itirənlərin məsələsi parlamentdə qaldırılacaq

Təhsil

14 Mart 2013, 18:57

Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcmasında Parlament Jurnalistlər Birliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatları Xocalıdan olan hər iki valideynini itirmiş 25 nəfər gənclə görüşüblər. Görüşdə çıxış edənlər hər iki valideyinini itirmiş  gənclərin problemlərini həll etməyə çalışacaqlarını bildiriblər.

Tədbirdə iştirak edən deputatlar Fuad Muradov, Qənirə Paşayeva və Rövşən Rzayev Milli Məclisin iclasında bu gənclərə şəhidlik statusunun verilməsi üçün məsələ qaldıracaqlarını diqqətə çatdırıblar.

Qeyd edək ki, “Nur “ Uşaq və Gənclər təşkilatı və Modern.az saytının informasiya dəstəyi ilə həmin uşaqlarla bağlı kitab və film hazırlanır.

Anar Kəlbiyev

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü