Modern.az

Səfir braziliyalı nazirlə görüşüb

Səfir braziliyalı nazirlə görüşüb

Aktual

28 Mart 2013, 15:43

Dünən Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfiri Elnur Sultanov bu ölkənin mədəniyyət naziri Marta Suplisi ilə görüşü olub. Modern.az xəbər verir ki, görüşdə Azərbaycan və Braziliya arasında olan mədəni əlaqələrin hazırkı vəziyyəti, mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri haqqında ətraflı fikir mübadiləsi aparılıb. 

  Daha sonra səfir Elnur Sultanov braziliyalı nazirə Azərbaycanın qədim və zəngin mədəniyyəti, tolerantlıq ənənələri, mədəniyyətlərarası dialoqda oynadığı rol, Azərbaycanda həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər barədə geniş məlumat verməklə yanaşı  müvafiq materiallar da təqdim edib.   Aqşin Kərimov 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü