Modern.az

Deputatın ölümü ilə bağlı açılan cinayət işi başa çatdı

Deputatın ölümü ilə bağlı açılan cinayət işi başa çatdı

Aktual

22 Aprel 2013, 15:52


Millət vəkili Hikmət Atayevin yol qəzasında həlak olması ilə bağlı başlanan cinayət işinin istintaqı yekunlaşıb. Modern.az bildirir ki, Balakən rayon prokuroru Həsən Mirzəyev bu barədə “apa” - ya açıqlama verib. Onun sözlərinə həmin iş üzrə materiallar baxılması üçün aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilib. 

Qeyd edək ki, bu il martın 7-də Milli Məclisin deputatı Hikmət Atayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən Yevlax-Zaqatala-Gürcüstan yolunun Balakən rayonunun Poçtbinə kəndi ərazisində əks istiqamətdə hərəkətdə olan, Poçtbinə kənd sakini Şaban Qardaşovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə toqquşub.   Nəticədə H.Atayev hadisə yerində ölüb, digər avtomobilin sürücüsü və sərnişini Vüsal Bodurov isə bədən xəsarətləri alıblar.  

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gedərək mütəxəssislər və məhkəmə-tibbi ekspertin iştirakı ilə meyitə baxış keçirib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla Ş. Qardaşovun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunub.      

Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərşəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin edilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. 

Cinayətin törədilməsində şübhəli bilinən Ş. Qardaşov tutularaq istintaqa cəlb olunub.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü