Modern.az

Bir şəklin tarixçəsi: Karl Marks, Ramiz Mehdiyev və Fəzail Ağamalı...

Bir şəklin tarixçəsi: Karl Marks, Ramiz Mehdiyev və Fəzail Ağamalı...

Mədəni̇yyət

1 May 2013, 18:21

Totalitar dövlətlərin ideoloji sütunları onun vətəndaşları üçün seçim imkanı qoymur. SSRİ özünün movcudluğunun 70 ili ərzində Leninin kommunist  ideyalarının əsirinə çevrilmişdi. Milyonlarla insan Karl Marksın “Kapital”ının prinsipləri ilə nəfəs alır, Leninin “proletariat diktaturası” ideyası ilə silahlanırdı. Sovet imperiyasının bir hissəsi olan Azərbaycan da bundan kənarda qalmamışdı.    

Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil 1980-ci illərin əvvəllərində çəkilib.

Sovet Azərbaycanı… Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ramiz Mehdiyev Bakıdan Kirovabad (indiki Gəncə) şəhərinə - Texnologiya İnstitutuna gəlib. İnstitutun kafedra müdiri Fəzail Ağamalıyev təşkil etdiyi marksizm-leninizim üzrə ictimai elmlər kabinetinin işi ilə Ramiz Mehdiyevi tanış edir…

Yenidənqurmanın ilk dövrləri… Fəzail Ağamalı bir neçə ildən sonra Azadlıq meydanında milyonlarla insanın qarşısında çıxış edəcək və Leninin qurduğu dövləti “imperiya” adlandıraraq azadlıq mübarizəsinə rəhbərlik edən Elçibəyin yanında duracaq.

Ramiz Mehdiyev isə sonralar müstəqil Azərbaycan Respublikasında Prezident Administrasiyasının rəhbəri olacaqdı..


(Şəkildə Mərkəzi Komitənin ideoloji məsələləri üzrə katibi Ramiz Mehdiyev, Kirovabad Texnologiya İnstitunun prorektoru Eldar müəllim və kafedra müdiri Fəzail Ağamalıyev)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır