Modern.az

Əflatun Amaşov: “Medianın iqtisadi durumu Mətbuat Şurasını da narahat edir”

Əflatun Amaşov: “Medianın iqtisadi durumu Mətbuat Şurasını da narahat edir”

Təhsil

2 May 2013, 10:43

“Azərbaycanda mətbuat azaddır”. Modern.az xəbər verir ki, bu sözləri Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə keçirilən tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O eyni zamanda son dövrlər baş verən əsgər ölümləri məsələsinə toxunaraq qeyd edib ki, bununla bağlı bütün xəbərlər necə olsa da, mətbuata çıxır.

“Sosial şəbəkələr çox mühüm rol oynayır. Azərbaycanda liberal qanun mövcuddur. Diffamasiya haqqında” qanun qəbul olandan sonra o, daha çox yetkin olacaq”.  Medianın iqtisadi durumu və reklam bazarının Mətbuat Şurasını da narahat etdiyini bildirən Ə.Amaşov deyib ki, dövlət KİV-ə dəstək göstərir.
“Reklamla bağlı məsələ Mətbuat Şurasının diqqət mərkəzindədir. Bir neçə layihə üzərində işləyirik. Əminəm ki, yaxın vaxtlarda bununda öhdəsində gələcəyik”.  

Aytən ƏLİYEVA
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü