Modern.az

“Elçibəy ocağı”ndan Türklüyə töhvə

“Elçibəy ocağı”ndan Türklüyə töhvə

3 May 2013, 19:01
“Qoy Türkçülük qəlbimizdə kök atsın, TURAN`da çiçək açsın!” 


Bugün 3 may “Türkçülük günü” münasibətiylə Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Sumqayıt şəhər şöbəsi gənclər qolunun təşkilatçılığı ilə şöbə qərargahında dəyirmi masa toplantısı keçirilib. Tədbirə Sumqayıt şəhər və Qubadlı rayon şöbələrinin gənc fəalları qatılıblar.  

Tədbiri giriş sözü ilə açan şöbə sədri Şakir Məmmədov, iştirakçıları salamlayaraq azadlıq yolunda haqqa qovuşmuş şəhidləri bir dəqiqəlik sükutla anmağa dəvət edib. Günün tarixi mahiyyətindən bəhs edən KXCP rəsmisi, Türk dünyasının ölməz lideri Əbülfəz Elçibəyin türkçülük ideologiyasına verdiyi önəmdən geniş danışıb. Qardaş Türkiyədə bu günün daha canlı qeyd edildiyini xatırladan şöbə sədri, “Fərqi yoxdur güney, ya quzey, günçıxan, yoxsa  günbatan. Əsas məsələ millətçi fədakarlığını hiss etməkdir. Türk millətçiləri hər cür təcavüzkar siyasətə qarşı əzmlə mübarizə aparıbdır. Bu yol ağır olduğu qədər də şərəflidir. Tükçülük mübarizəsi həqiqi vətənpərvər olaraq çətinliklərin öhdəsindən gəlməyi bacaran imanlı gənclərin savaş meydanıdır..” deyə mövzu ilə bağlı ətraflı çıxış edib.  

Daha sonra çıxış edən gənclər Turancılıq davasını sonuna qədər aparacaqlarını, düşmənlərə bu yolda həmişə olduğu kimi qan udduracaqlarını qətiyyətlə vurğulayıblar. “Biz var olduqca bu Vətən bölünməz!” deyə ifadələr səsləndiriblər. Qarabağı işğaldan azad etməyə hər an hazır olduqlarını söyləyən gənclər şanlı Bütöv Azərbaycan zəfərinin yaxın olduğuna sidqi qəlbdən inandıqlarını bildiriblər. Türkiyədə də davam edən mənfur siyasətə “YOX!” deyən milli şuurlu gənclər cəmiyyəti daha da diri olmağa çağırıblar.  

Toplantıdan sonra şöbədəki “Elçibəy məktəbi”nin nəzdində fəaliyyət göstərən “Bütöv Azərbaycan” güşəsinin açılışı olub. Rəsmi açılışın ardından “Əsl təhlükə!”  adlı qısa metrajlı filmə baxılıb. Turan ideologiyası uğrunda iz qoymuş tarixi şəxsiyyətlər haqqında müzakirələr aparılıb. Gənclər “Türkçülük hər bir gəncimizin qəlbində kök atsın, Turan ellərdə çiçək açsın!” şüarı altında partiya şöbəsinə rəmzi olaraq dibçəklər ərmağan ediblər.   Sonda KXCP sıralarına qoşulan gənclərin üzvlük vəsiqələri paylanılıb. Tədbirdə mövzu mütəxəssisləri, QHT və medya təmsilçiləri də iştirak ediblər.

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü