Modern.az

“El”dən Arif Hacılıya cavab: “Əsəbləri sakitləşsin, danışarıq”- QALMAQAL

“El”dən Arif Hacılıya cavab: “Əsəbləri sakitləşsin, danışarıq”- QALMAQAL

Aktual

3 İyun 2013, 14:46


Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılının Milli Şura ilə bağlı səsləndirdiyi ittihamlara qarşı tərəfin cavabı gecikməyib. Milli Şuranın əsas təşəbbüskarlarından olan, “El” hərəkatınnı Ali Məclisinin sədri Eldəniz Quliyev Arif Hacılının “Milli Şurada nəyin bahasına olur-olsun hakimiyyətə gəlməyə çalışan şəxslər var, yaşanan proseslərlə bağlı nikbin deyiləm”-deyə ittihamına analoji olaraq sərt şəkildə cavab verib.

E.Quliyevin sözlərinə görə, nədənsə əsəbiləşdiyi üçün belə fikir bildirib.

“Arif Hacılı siyasətçidir. Onun Milli Şura ilə bağlı fikirlərinin tezliklə dəyişəcəyini gözləmirdim. Hesab edirəm ki, Arif bəy emosinal münasibət bildirib. Yəqin ki, o, nədənsə əsəbiləşib, hirslənib. Düşünürəm ki, Arif bəy soyuq başla heç vaxt demokratik düşərgənin birliyinə, demokratik dəyişikliyin olduğuna alternativ görmür. Onun da belə fikir bildirməsi qəribə qarşılanmamalıdır. Əgər Arif bəyin dediyi fikirlər hökm sürsə bu faciəyə gətirib çıxaracaq”-deyə “EL” rəsmisi Arif Hacılıya cavab verib.

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər Milli Şuranın yaranmasında əsas təsisçilərdən olsa da partiya funksioneri Arif Hacılı Milli Şuradan imtina edib.

Anar RÜSTƏMOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü