Modern.az

Putin Sərkisyanın ad gününü təbrik etdi

Putin Sərkisyanın ad gününü təbrik etdi

Dünya

1 İyul 2013, 12:18

Rusiya prezidenti Vladimir Putin Ermənistanlı həmkarı Serj Sərksiyanı ad günü münasibəti ilə təbrik edib. Modern.az bildirir ki, təbrik məktubunda Putin Sərkisyanın iki dövlət arasında münasibətlərin möhkəmləndirilməsindəki əməyini yüksək qiymətləndirib.
Kremlin sahibi bildirib ki, erməni və rus xalqlarının münasibətləri qədim dostluq və qarşılqlı hörmət əsasında formalaşıb. Sərkisyanla son görüşünü xatırladan Putin yazıb ki, bu görüş ikitərəfli siyasi dialoqun gələcəkdə də genişlənməsinə imkan yaradıb.
“Bu görüş konstruktiv əməkdaşlıq, MDB və KTMT-də tərəfdaşlıq üçün, Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfələrini verib”-deyə Putin bildirib.



Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü