Modern.az

İlham Əliyev Balakəndə Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

İlham Əliyev Balakəndə Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

17 Avqust 2013, 12:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakən Rayon Mədəniyyət Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Son illərdə Azərbaycanda mədəniyyətin inkişafına göstərilən qayğı daha da artmış, bu sahədə çalışanların iş şəraitini günün tələbləri səviyyəsinə çatdırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Mədəniyyətin və incəsənətin inkişafına diqqət yeni mədəniyyət ocaqlarının inşasında da özünü büruzə verir. Bu tədbirlər paytaxtla yanaşı, regionlarda da geniş vüsət alıb. Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəniyyət infrastrukturu yaradılıb, çoxlu sayda mədəniyyət obyektləri tikilib istifadəyə verilib. Balakəndə inşa olunan Mədəniyyət Mərkəzi də bu sırada mühüm yer tutur.

Dövlət başçısına məlumat verilib ki, mərkəzin tikintisinə 2012-ci ilin iyulunda başlanılıb. İkimərtəbəli binanın ümumi sahəsi 3 min 244 kvadratmetrdir. Mərkəzdə yaradılan 381 kvadratmetrlik tamaşa zalında müxtəlif mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Müasir akustika sistemi ilə təchiz edilən 260 yerlik tamaşa zalının səhnəsi 121 kvadratmetrdi. Mərkəzdə yeməkxana, texniki və xidməti otaqlar da yaradılıb. Binanın ikinci mərtəbəsində isə müxtəlif dərnəklər fəaliyyət göstərəcəkdi. Burada rəsm zalı, heykəltəraşlıq, əmək, rəqs, musiqi dərnəkləri otaqları və müəllimlər otağı vardı. Mərkəzdə yaradılan şərait rayonun mədəniyyət və incəsənət işçilərinə yüksək səviyyədə fəaliyyət göstərməyə imkan verir.

Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı Balakən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik