Modern.az

Nissan Altima ala biləcəyəniz ən yaxşı avtomobildən biridir

Nissan Altima ala biləcəyəniz ən yaxşı avtomobildən biridir

Aktual

13 Sentyabr 2013, 17:13

 Bu həftə Nissan Altima Edmunds.com saytının tərtib etdiyi “ ala biləcəyiniz 17 ən yaxşı avtomobil “ siyahısında ən yaxşı orta ölçülü sedan seçilmişdir. Bu il Edmunds.com saytının əsas xüsusiyyətləri siyahısı hər bir seqmentə” ən yaxşısını” seçmək üçün tərtib edilmişdir.

   Edmunds.com saytının redaktorları 2013 Altima avtomobilini yüksək yanacaq qənaətinə, “ sürət və effektliyin” vəhdəti olan transmissiyasına, asan istifadə olunan texnologiyası və zərifliklə öhdəliyin ümumi balansına görə seçiblər. Altima bu yaxınlarda əldə etdiyi “2013-cü il Sakit okean ətrafında ideal avtomobil” müsabiqəsində ən yaxşı orta ölçülü avtomobil nominasiyasında qalib olaraq mükafat sırasını artırmağa davam edir.     

Tam yeni dizaynlı Altima 2013 ilə biz bazarda ən yaxşı orta ölçülü sedan seçildik” –Şımali Amerika üzrə Nissan-ın Satış və Marketinq , Servis və Ehtiyat hissələri üzrə vitse prezidenti Fred Diaz bildirdi. “Yanacağa qənaət, parlaq və zəngin texnologiya yeni və inkişaf etmiş Altimanı seqmentində lider edir”     

Nissan Altima Amerika Birləşmiş Ştatlarında ən çox satılan orta ölçülü sedan olmaqda davam edir. 2013 Altimanın çoxsaylı xüsusiyyətlərinə yanacaq qənaəti, güclü görünüş, yaxşı aerodinamika və yeni premium materiallarla təchiz olunmuş eksteryer üslubu və yüksək səviyyəli interyer, davamlılıq və idarəetmə həzzinin möhtəşəm balansı daxildir.    

5-ci nəsil Altima həmçinin standart Bluetooth, Hands Free Telefon sistemi və Bluetooth vasitəsilə audio çıxış kimi funksiyalarla təchiz edilmişdir. Altima eyni zamanda  görülməz sahənin xəbərdarlığı, trayektoriyadan yayınma xəbərdarlığı , uzaqdan mühərrikin işə salınması və hərəkətdə olan obyektin məyyənləşdirilməsi sistemləri də daxil olmaqla növbəti nəsil Təhlükəsizlik Texnologiyası ilə təchiz edilmişdir.   
Dinamik performansa seçiminizdən asılı olaraq, ya 182 a.g ilə 4 silindirli 2.5 l DOHC və yaxud 270 a.g ilə 3.5 l V 6 mühərriki ilə çata bilərsiniz. Hər iki mühərrik pilləsiz transmissiya ilə təchiz edilmişdir.   

İndi bu mükəmməl avtomobil Nissan Altimanı Nissan satış salonlarından daha sərfəli şərtlərlə- 22900 manatdan başlayan qiymətlərlə əldə edə bilərsiniz.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü