Modern.az

Nazirlik Kəmaləddin Heydərovun yanına gələn şikayətçilərin sayını açıqladı

Nazirlik Kəmaləddin Heydərovun yanına gələn şikayətçilərin sayını açıqladı

Təhsil

13 Sentyabr 2013, 23:34

/file/articles/
Sentyabrın 13-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunda nazirliyin Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi Zaqatala, Qəbələ, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinlərinin qəbulunu keçirib.
Nazirliyin məlumatına görə, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 48 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, baş vermiş zəlzələ ilə bağlı 700-dən artıq vətəndaş nazir müavinləri və aidiyyəti  qurum rəhbərliyi, kadr məsələləri ilə bağlı 125, digər məsələlərlə bağlı müraciət etmiş 35 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü