Modern.az

Gürcüstanın yeni prezidenti-TƏRCÜMEYİ-HAL

Gürcüstanın yeni prezidenti-TƏRCÜMEYİ-HAL

Təhsil

28 Oktyabr 2013, 11:20


Gürcüstanda prezident seçkilərinin ilkin nəticələri bəllidir. Artıq heç kəsdə şübhə yoxdur yoxdur ki, Gürcüstanın təhsil naziri və Baş nazirin müavini Georgi Marqvelaşvili oktyabrın 27-də keçirilən seçkilərdə qalib gəlib.

Modern.az saytı yeni gürcü prezidentin tərcümeyi-halını təqdim edir.

Georgi Marqvelaşvili 1969-cu ildə Tbilisidə anadan olub.

1992-ci ildə İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirib. 1993-1994-cü illərdə Mərkəzi Avropa Universitetində Sosiologiya üzrə təhsilini davam etdirib. Fəlsəfə doktorudur.

1992-1995-ci illərdə Marqvelaşvili dağlıq turizm üzlə ixtisaslaşan turistik firmada qid (bələdçi) çalışıb, sonra iş yerini dəyişərək nəşriyyatda menecerin assisteni olub.

1994-1995-ci ildə “Biznes gündəliklər” kompaniyasında marketinq üzrə departament müdiri çalışıb.

1996-1997-ci illərdə Georgi Marqvelaşvili Azad Tbilisi Universitetində fəlsəfə müəllimi kimi dərs deyib.

1995-2000-ci illərdə Milli Demokratiya İnstitutunda beynəlxalq münasibətlər üzrə mütəxəssis (proqramın konsultantı) olub.

2000-2012-ci illərdə Gürcüstan İctimai İşlər İnstitutunda işləyib ki, o cümlədən 2000-2006-cı illər və 2010-2012-ci illər arasında institutun rektoru olub.

2012-ci ilin oktyabrında Marqvelaşvili seçkilərdə qalib gələn “Gürcü Arzusu” koalisiyasının rəhbəri Bidzina İvanişvilinin yeni formalaşdırdığı hökümətdə təhsil naziri vəzifəsinə təyin olunur. Qeyd etmək lazımdır ki, Marqvelaşvili heç bir siyasi partiyanın üzvü deyil.

2013-cü il fevralın 7-də Georgi Marqvelaşvili Gürcüstan Baş nazirinin müavini vəzifəsinə təyin olunub.

2013-cü il mayın 11-də hakim “Gürcü arzusu” Partiyası qarşıdan gələn prezident seçkilərində Marqvelaşvilini öz namizədi görüdüyünü açıqladı.

16 iyul 2013-cü ildə o, könüllü laraq təhsil naziri vəzifəsindən istefa verərək seçki kampaniyasına başladı. Bununla belə, baş nazirin müavini vəzifəsini icra etməkdə davam edir.

9 sentyabr 2013-cü ildə Marqvelaşvili rəsmən Gürcüstan prezidentliyinə namizəd kimi qeydə alındı.

Georgi Marqvelaşvili siyasətə, beynəlxalq münasibətlərə, mədəniyyətə və fəlsəfəyə aid bir çox elmi işin müəllifidir.

Georgi Marqvelaşvili ana dilkindən əlavə rus və ingilis dillərində danışa bilir.

Rəsmən evli deyil, bir qız övladı var.

Vüqar İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü