Modern.az

Gülər Əhmədovanın məhkəməsi təxirə salındı

Gülər Əhmədovanın məhkəməsi təxirə salındı

Dünya

28 Oktyabr 2013, 15:34

Sabiq millət vəkili Gülər Əhmədovanın səhhəti pisləşdiyindən məhkəmə prosesi təxirə salınıb.

Modern.az xəbər verir ki, iclasın gedişatına yarım saatlıq fasilə verilib.

Eks deputatın vəkili Əfsər Talıbov bildirib ki, bu gün Gülər Əhmədova prokurorun suallarını cavablandırmalı olsa da, müvəkkilinin sağlamlıq səhhəti qəfil pisləşdiyindən o, sualları cavablandıra bilməyib.

Növbəti məhkəmə oktyabrın 31-i saat 10:30-dək  təyin edilib.

 

Gültəkin ƏLƏSGƏR

   
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü