Modern.az

Mələkxanım Əyyubova həmkarına cavab verdi: “Yaxşı müəllimdir, amma ifaları yaxşı deyil”

Mələkxanım Əyyubova həmkarına cavab verdi: “Yaxşı müəllimdir, amma ifaları yaxşı deyil”

Mədəni̇yyət

30 Oktyabr 2013, 11:26

Xalq artisti, tanınmış muğam ifaçısı Mələkxanım Əyyubova əməkdar müəllim, muğam ifaçısı Qəzənfər Abbasovun onun barəsində "Aznews"a açıalamasında səsləndirdiyi “Mələkxamım Əyyubovanın ifasında “Rast” muğamını eşitdim. Amma bir müəllim kimi deyə bilərəm ki, Mələkxanım "Rast"ın öhdəsindən 100 faiz gələ bilmədi. Onun səsi bu muğama düşmürdü. O, deyə bilər ki, "Mahur-hindi" muğamını yaxşı oxuyub” fikrinə münasibət bildirib.

Xanəndə Modern.az-a açıqlamasında bunları deyib:

“Mənim barəmdə deyib? Qoy desin də. Çox adam deyir ki, Qəzənfər yaxşı müəllimdir, amma ifaları yaxşı deyil. Mən heç nə demirəm. Hərənin öz fikri var. “Rast” muğamını məndən başqa bir xanım da oxuyub. Amma hərə özünəməxsus oxuyub. Kim nə deyir desin, mən hər adama durub cavab verəsi deyiləm ki. Hərənin öz səviyyəsi, fikri var. Durum ona nəsə deyim, qalmaqal yaransın. Heç bir sənət müzakirəsinə nə vaxtım, nə də həvəsim var. Buna ehtiyacım yoxdur”.

M.Əyyubova bəzi jurnalistlərdən də narazılığın ifadə edibi:

“Mənim belə söhbətlərə nə ehtiyacım, nə də başımı ağrıtmağa vaxtım var. Bu hörməti illərlə ona görə yığmamışıq ki, hansısa jurnalistin 2-3 kəlməsinə görə hörmətdən düşək. Nə deyiriksə, onu yazmaq lazımdır da. Nə demişəmsə, hamısı təhrif ediblər”.

İntiqam Valehoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır