Arxiv
25 Sentyabr 2009, 15:24 |
Təhsil Nazirliyi 1950 manat mükafat ayırıb

Təhsil Nazirliyi təhsil sistemində idman və fiziki tərbiyə işini daha da yaxşılaşdırmaq, bu sahədə çalışan istedadlı gənc idmançıları, məşqçi-müəllimləri aşkar etmək, onları rəğbətləndirmək məqsədilə Respublika müsabiqəsi keçirəcək. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə,  müsabiqənin keçirilməsi barədə nazir Misir Mərdanov müvafiq əmr imzalayıb. Sözügedən əmrə əsasən, müsabiqə uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi-müəllimlər arasında müxtəlif nominasiyalar üzrə keçiriləcək. Müsabiqənin respublika mərhələsinə 2009-cu ilin dekabr ayında yekun vurulacaq.
Müsabiqə nəticəsində ilin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman və şahmat məktəbləri, şəhərlər və kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər idman və şahmat məktəbləri, ilin ən yaxşı idmançısı, ilin ən yaxşı şahmatçısı, şahmat məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi, idman məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi müəyyənləşdiriləcək. Respublika  müsabiqəsinə təqdim ediləcək idmançı, məşqçi-müəllim və məktəblər haqqında məlumatlar dekabrın 5-dək yerlərdən nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinə təqdim edilməlidir.
Müsabiqə qaliblərinin mükafatlandırılması üçün 1950 manat vəsait ayrılıb.    
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Muxtar Babayev vətəndaşları dinlədi 19 Aprel 2019, 12:29 Baş pediatr peyvənddən yayındırılan körpələrin valideynlərinə XƏBƏRDARLIQ ETDİ 19 Aprel 2019, 12:29 UNEC alimlərinin dünya elminə töhfəsi   19 Aprel 2019, 12:22 Azərbaycanda 6 milyard dollarlıq layihə təsdiqləndi   19 Aprel 2019, 12:19 Dəyirmi masa - “Heydər Əliyev və Azərbaycan məfkurəsi” 19 Aprel 2019, 12:18 Qəbələdə güzəştli gübrə satıldı 19 Aprel 2019, 12:15  “Real” transferlərə rekord pul xərcləməyə hazırdır 19 Aprel 2019, 12:10 Quardiola Messisiz bacarmır 19 Aprel 2019, 12:07 Obyektlərin elektrik şəbəkəyə qoşulması asanlaşacaq 19 Aprel 2019, 12:05 Məşhur vokalçı Amil Həsənoğluna direktor vəzifəsi verildi 19 Aprel 2019, 12:05 Avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyuldu 19 Aprel 2019, 12:00 “Azərbaycanda hər il azı 20 min abort etdirilir” 19 Aprel 2019, 11:51 BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı 19 Aprel 2019, 11:45 Alış-veriş edən vətəndaş ƏDV-ni nə vaxtdan geri ala biləcək? - AÇIQLAMA 19 Aprel 2019, 11:28 Diplomatlar Şamaxıya getdilər 19 Aprel 2019, 11:28 Rəsmi Bakı Ermənistana çağırış etdi 19 Aprel 2019, 11:25 Milli parklarda “açıq qapı” günü keçiriləcək   19 Aprel 2019, 11:14 Azərbaycanlı çinşünas alimin rəyi Çin mətbuatında dərc olunub   19 Aprel 2019, 11:10 AZƏRTAC-ın sədrliyi keçirilən iclaş başladı 19 Aprel 2019, 11:10 Deputat  kənd sakinlərininin şikayətlərini dinllədi 19 Aprel 2019, 11:10