Modern.az

Xalq şairi: “Dörd aydır yataqdan dura bilmirəm, yaralarım bitişmir”

Xalq şairi: “Dörd aydır yataqdan dura bilmirəm, yaralarım bitişmir”

Ədəbi̇yyat

10 Dekabr 2013, 07:57


“Xəstəliyim sağalmayıb, yaram bitişmir. Dörd aydan çoxdu ki, yataqdan dura bilmirəm”. Bunu Modern.az saytına uzun müddətdir səhhətindəki problemlərdə əziyyət çəkən 87 yaşlı xalq şairi Söhrab Tahir deyib. Şairin sözlərinə görə, gah həkim evə gəlir, gah da onu xəstəxanaya aparırlar.

”Əməliyyat olunmuşam, barmaqlarımı kəsiblər, yara dörd ay bir həftədir ki, bitişmir.Türkiyədən də dərman gətiriblər, amma yenə xeyri yoxdu. Həkimlər də deyir ki, darıxma sağalacaq. Şəkərim də var. Şəkər yaranın bitişməsinə mane olur. Qocalığın da təsiri var. Toxumalar da artıq qocalıb. Regenerasiya prosesi getmir”.

Söhrab Tahir Azərbayzan Yazıçılar Birliyinin rəhbərliyindən razılıq edib, Anar və Fikrət Qocanın ona baş çəkdiyini, baş nazirin müavini Elçin Əfəndiyevin hal-əhval tutduğunu deyib.

”Elçin dedi ki, sənə nə lazımdırsa kömək edək. Hansı ölkəyə lazımdırsa, göndərərik, orda müalicə olunarsan. Dedi ki, niyə bizə söyləməyibsən. Bir az giley elədi. Dedim, vallah sizin işiniz ağırdı, dövlət işidi. Mən də qocalmışam daha bir-iki il, uzağı üç il ömrüm qalıb. Danladı məni bir az. Bir oğul kimi. İndi görək bu işlərin axırı necə olur”.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı