Arxiv
28 Sentyabr 2009, 14:18 | TƏHSİL
Salyan və Masallı da sel sularına qərq olub

Son günlər ölkə ərazisində havaların qeyri-sabit keçməsi, güclü yağış və leysan yağması respublikanın bəzi bölgələrində sel və daşqınlara, subasmalara səbəb olub. Sentyabr ayının 27-də bir neçə saat yağan leysan Salyan şəhərində selə səbəb olub. Mərkəzi küçələri də daxil olmaqla rayonun bir neçə kəndində yollar, tikililər su altında qalıb. Seldən ən çox ziyan Salyan şəhərinin mərkəzinə dəyib. Yerli sakinlər bunu şəhərin drenaj sisteminin işləməməsi ilə əlaqələndirir. Sakinlərin sözlərinə görə, kollektorun üzəri örtülüb və orada ticarət obyektləri tikilib. Bu səbəbdən küçələrə yığılan suyun axıdılması mümkün deyil. Sel Salyanın enerji sistemində də problemlər yaradıb.
Sel suları Masallıya da ciddi ziyan vurub. "Modern"az-ın cənub bölgəsindəki əməkdaşı Xaqani Səfəroğlunun verdiyi məlumatlara görə,
təbii fəlakət nəticəsində rayonun bir sıra kəndlərində evlər suyun içərisində qalıb. Çayların daşması nəticəsində Bədəlan, Mollaoba, Babasel, Bərbəlan, Bambaşı, Qızılavar, Türkoba kəndlərində onlarla ev qəza vəziyyətinə düşüb, əkin sahələri su altında qalıb, sel şəxsi təsərrüfatlara ciddi ziyan vurub, ev heyvanları və ev quşlarını su aparıb. Hazırda rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qəbələdə güzəştli gübrə satıldı 19 Aprel 2019, 12:15  “Real” transferlərə rekord pul xərcləməyə hazırdır 19 Aprel 2019, 12:10 Quardiola Messisiz bacarmır 19 Aprel 2019, 12:07 Obyektlərin elektrik şəbəkəyə qoşulması asanlaşacaq 19 Aprel 2019, 12:05 Məşhur vokalçı Amil Həsənoğluna direktor vəzifəsi verildi 19 Aprel 2019, 12:05 Avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyuldu 19 Aprel 2019, 12:00 “Azərbaycanda hər il azı 20 min abort etdirilir” 19 Aprel 2019, 11:51 BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı 19 Aprel 2019, 11:45 Alış-veriş edən vətəndaş ƏDV-ni nə vaxtdan geri ala biləcək? - AÇIQLAMA 19 Aprel 2019, 11:28 Diplomatlar Şamaxıya getdilər 19 Aprel 2019, 11:28 Rəsmi Bakı Ermənistana çağırış etdi 19 Aprel 2019, 11:25 Milli parklarda “açıq qapı” günü keçiriləcək   19 Aprel 2019, 11:14 Azərbaycanlı çinşünas alimin rəyi Çin mətbuatında dərc olunub   19 Aprel 2019, 11:10 AZƏRTAC-ın sədrliyi keçirilən iclaş başladı 19 Aprel 2019, 11:10 Deputat  kənd sakinlərininin şikayətlərini dinllədi 19 Aprel 2019, 11:10 “Bölgələrdən Bölgələrə” maraqla qarşılanır 19 Aprel 2019, 11:05 Azərbaycanda axtarışda olan 18 nəfər saxlanılıb 19 Aprel 2019, 10:43 Yol Polisi “Təmiz hava” aylığına başladı 19 Aprel 2019, 10:37 Şuşanın ən son FOTOSU 19 Aprel 2019, 10:35 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrin vaxtı məlum oldu 19 Aprel 2019, 10:35