Modern.az

Əkrəm Əylisli yazdığı yeni əsərindən danışdı: “Mən heç tələsmirəm”

Əkrəm Əylisli yazdığı yeni əsərindən danışdı: “Mən heç tələsmirəm”

Ədəbi̇yyat

3 Fevral 2014, 16:39

Əvvəlcə memuar şəklində yazdığı “Əylisdən Əylisəcən “ əsərindən danışan keçmiş xalq yazıçısı o əsərin ikinci hissəsini yazmaqda hazırda çətinlik çəkdiyini bildirib. Min tirajla ilə çıxan kitabın ikinci hissəsini yazmaq üçün yazıçı birinci hissədən bir nüsxə də olsun tapa bilmədiyindən bu işi təxirə salıb. Əvəzində isə Əkrəm Əylisli hazırda yazdığı və bir neçə günə bitirəcəyi əsəri barədə Modern.az-a açıqlama verib.

“İndi psixoloji bir əsər yazıram. Burada  kənd məktəbində  eyni sinifdə oxuyan iki şəxsin hərəsi sonradan həyatın bir bucağına atılır. Ahıl vaxtlarında bunlar görüşürlər. İki ayrı xarakterə, dünyagörüşə, həyat tərzinə malik olan bu iki şəxs beşikdə olan vaxtlarından tutmuş ta ahıl çağlarına qədər başlarına gələnləri bir-birinə danışırlar. Burada iki ayrı adamın həyat, insanlar, dünya, Yer kürəsi haqqında fikirlərin həm uyğunluğu, həm də ziddiyyəti diqqəti çəkir. Deyərdim ki, bu bəlkə də bir poemadır, nəsr əsəri deyil. Çünki çox qəribə bir ruhi vəziyyətdə yazılıb. Çox zaman mənim əsərlərimə deyirlər ki, dili çox gözəldir. Dil nəyin hesabına gözəl olur? Ruhi vəziyyətin düzgün kökləməyin hesabına. Yeni kitabın bitməyinə çox az qalıb. Bəlkə də iki səhifə, amma mən heç tələsmirəm. Qələm götürüb müəyyən etdiyim sonluğu yazmaq istəsəm də, yenə də sona gedib çıxa bilmirəm. Odur ki, heç onun tam adını da fikirləşməmişəm”, – deyə Ə.Əylisli qeyd edib.

 

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı