Modern.az

Con Kerri Suriya probleminə görə Rusiyanı ittiham etdi

Con Kerri Suriya probleminə görə Rusiyanı ittiham etdi

17 Fevral 2014, 13:17

ABŞ dövlət katibi Con Kerri Suriyada münaqişənin uzanmasında Rusiyanı təqsirləndirib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İndoneziya səfərdə olan  C. Kerri jurnalistlərə açıqlamasında  Rusiyanı Suriya probleminin həll edilməməsinə görə məsuliyyət daşıdığını bildirib. Ağ Ev rəsmisinin sözlərinə Suriya prezidenti Bəşər Əsədin indiyə qədər hakimiyyətdə olmasında  və “Cenevrə 2” danışıqlarının nəticəsiz qalmasında Rusiya günahkardır. “Əsəd rejimi öz xalqını  qırdı.  Əsəd bunu İran, Hizbullah və Rusiyanın dəstəyi ilə həyata keçirib. Rusiya problemin həlli istiqamətinə kömək etmək əvəzinə Suriya iqtidarına yardıma üstünlük verdi”-deyə C. Kerri söyləyib.

 

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü