Modern.az

Krım Rusiyaya birləşdirilir - Qərar verildi

Krım Rusiyaya birləşdirilir - Qərar verildi

Dünya

6 Mart 2014, 14:11

Krımda keçiriləcək referendumun vaxtı dəyişdirilib. Bununla yanaşı Krım parlamenti ərazinin Rusiyanın tərkibinə verilməsi ilə bağlı qərar qəbul edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Krım Ali Şurası Krımın statusunun müəyyənləşdirilməsi ilə bağlı referendumun keçirilməsi barədə qərar da qəbul edib. Muxtar Respublikanın baş nazirinin müavini Rüstəm Temirqaliyev jurnalistlərə açıqlamasında referendumun mart ayının 16-a təyin edildiyini söyləyib. Onun sözlərinə görə, referendumda iki sual qoyulacaq: “Birincisi - Krımın federasiya subyekti kimi Rusiyanın tərkibinə daxil olmasına razısınızmı? İkinci, Krımın 1992-ci il konstitusiyasının bərpasına razısınızmı?”

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var