Modern.az

Putin Obama ilə Ukraynanı müzakirə etdi: “ABŞ-ın Moskvaya tətbiq etdiyi sanksiya qeyri-məhsuldardır”

Putin Obama ilə Ukraynanı müzakirə etdi: “ABŞ-ın Moskvaya tətbiq etdiyi sanksiya qeyri-məhsuldardır”

7 Mart 2014, 10:30


Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət başçısı Barak Obama ilə telefon danışığında Ukraynada yaranmış gərgin vəziyyəti müzakirə edib. Modern.az Rusiya mediasına  istinadən xəbər verir ki, bu barədə Kreml mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, müzakirələrin gedişatında yaranmış böhrandan çıxış yolları barədə fikir mübadiləsi aparılıb. V. Putin amerikalı həmkarına bildirib ki, Ukraynadakı indiki hakimiyyət çevriliş yolu ilə iqtidara gəlib. Kremlə rəhbəri onu da vurğulayıb ki, Krımdan gələn yardım çağırışlarına məhəl qoymaya bilməzdi və ordakı rus vətəndaşlarının təhlükəsizliyini qorumaq məqsədi ilə bölgəyə ordu qüvvələri cəmləyib. V. Putinin sözlərinə görə Rusiyanın atdığı bu addım beynəlxalq normalara uyğundur. V. Putin  Ağ Ev rəhbərinə ABŞ-ın Rusiya məmurlarına tətbiq etdiyi sanksiyaların qeyri-məhsuldar olmasını da bildirib. Bununla yanaşı,  Putin Obamaya dünyada təhlükəsizliyin, sabitliyin qarantı üçün ABŞ-Rusiya münasibətlərinin vacibliyini də çatdırıb. Obama isə rusiyalı həmkarına Kiyevlə Moskva arasında münasibətləri normallaşdırmaq üçün beynəlxalq vasitəçi qrupların əhəmiyyətindən danışıb.

  Aqşin Kərimov  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü