Modern.az

Ərdoğan tələblərini Obamaya çatdırıb

Ərdoğan tələblərini Obamaya çatdırıb

Təhsil

2 İyun 2010, 09:23

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ştatların prezidenti Barak Obama arasında telefon söhbəti olub. Modern.az türk mətbuatına istinadən xəbər verir ki,  Barak Obama Qəzza hadisəsi ilə bağlı Ərdoğanla danışıb. Barak Obama həlak olanlarla əlaqədar Ərdoğana  başsağlığı verib. Bir saat  davam  etmiş telefon danışığında  Ərdoğan qanlı olayın necə baş verməsi  və bu hadisənin Türkiyə üçün nə dərəcədə önəm kəsb etməsi  barədə məlumat verib. İsrailin əməllərini qanunsuzlıq adlandıran Ərdoğan həlak olmuş türk vətəndaşlarının meyitlərini, yaralı vətəndaşların və sülh gəmisinin dərhal Türkiyəyə təhvil verilməsini  tələb edib. Ərdoğan ayrıca olaraq Qəzzanın blokadasına son qoyulmasını tələb edib.    

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü